Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Akif Nağı elə kişi deyil ki, kiməsə yumruq vura bilsin"- Araz Əlizadə

"Yumruğunu dalında gizlədib, arvadları qabağa buraxır...."

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ötən gün İTV-də yayımlanan "3D" verilişinin aparıcısı Dadaş Dadaşlinkinin qonağı olub.

PİA.az xəbər verir ki, Dadaş Dadaşlinskinin suallarını cavablandıran Akif Nağı Milli Məclisin deputatı Araz Əlizadə haqqında da tənqidi fikirlər səsləndirib.

Akif Nağı bildirib ki, o, deputat Araz Əlizadə ilə üz-üzə gələn zaman onun alnına yumruq zərbəsi vuracaq:

"Bu yumruq Araz Əlizadəni ya öldürəcək, ya da ağıllandıracaq. Yəni, mənim məqsədim təkcə ona fiziki güc tətbiq etmək deyil. Mən onun ağıllanmasını istəmişəm. Ancaq bu sözü deyəndən sonra hələ ki, Araz Əlizadəyə rast gəlməmişəm. Rast gəlsəm, yəqin ki, belə addım atacam".

Akif Nağının bu fikirlərinə deputat Araz Əlizadə daha sərt formada cavab verib.

A.Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Akif Nağı qorxaq adamdır:

"Biz Akif Nağı ilə dəfələrlə üz-üzə gəlmişik, ancaq o yumruğunu dalında gizlədib. Əgər belə əli varsa, vursun. Ümumiyyətlə, Akif Nağı elə kişi deyil ki, kiməsə yumruq vura bilsin. O, adətən arvadları qabağa buraxır. Mən Akif Nağıya dəfələrlə demişəm ki, Qarabağ Azadlıq Təşkilatı Bakıda küçələrdə gəzmək əvəzinə, əlinə silah alaraq gedib Qarabağda döyüşməlidir".

Deputat qeyd edib ki, Akif Nağıdan fərqli olaraq, Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat əlinə silah alaraq düşmənə qarşı hər zaman vuruşub:

"İndi Akif Nağı da belə Qarabağı istəyirsə, o zaman Bakıda oturmamalıdır. Əlinə silah alıb, gedib cəbhədə döyüşməlidir. İndiyədək Akif Nağı əlində nəinki silah, heç qələmdən ağır nə isə tutmayıb, amma Qarabağın azadlığını arzulayır. İndi bunun harası Qarabağ Azadlıq Təşkilatı oldu? Yox, əgər dövlətin ordusu bunu edirsə, o zaman sənin təşkilatın nəyə lazımdır?".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar