Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp gələn il prezident seçkilərinə Maykl Penslə gedəcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp özünün vitse-prezidenti kimi Maykl Pens ilə birlikdə 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək...

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o, “Fox & Friends” televerilişində verdiyi müsahibəsində belə bir açıqlama ilə çıxış edib.

“O mənə yaxın bir insandır, mənim dostumdur”, - deyən prezident Tramp qeyd edib ki, vitse-prezident Maykl Pens “işinin öhdəsindən fantastik şəkildə gəlir”.

Tramp və Pensin prezident və vitse-prezident seçilmək üçün namizədliyinin təsdiqlənməli olduğu Respublikaçılar Partiyasının Milli Qurultayı 24-27 avqust 2020-ci il tarixlərində Şarlott (Şimali Karolina ştatı) şəhərində keçiriləcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabr 2020-ci ildə baş tutacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar