Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın Ermənistana dəstək aktı” qəbul ediləcəkmi?

Ermənilər "24 aprelədək nələrsə olacaq" deyirlər...

Naira Ayrumyan

“Lragir”, Ermənistan, 26 noyabr 2019-cu il

Türkiyə 2020-ci ilin aprel ayınadək rus zenit-raket sistemi (ZRS) S-400-lərin alınması və istismarı ilə bağlı ABŞ-la olan fikir ayrılığını tənzimləmək niyyətindədir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə açıqlama verib.

Əvvəllər Ərdoğanın nazirlərindən biri bəyan etmişdi ki, Türkiyənin rus S-400-lərini alması ölkənin müstəqillik elan etməsinə bənzəyir.

Türkiyə respublika elan olunmasından, demək olar ki, 100 il sonra da davamlı olaraq müstəqillik problemləriylə üzləşir. Gücünə görə NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyənin prezidenti deyir ki, ölkəmizə nüvə silahına sahib olmağa “icazə vermirlər”. Ona hətta “Patriot” da vermirlər. Bu səbəblə, Ankara raket əleyhinə kompleksləri Rusiyadan almağa məcbur olub. İndi isə amerikan nüvə silahının İncirlik bazasından çıxarılması niyyəti haqqında danışırlar.

Nə üçün Ərdoğan ABŞ-la olan fikir ayrılığını aprelədək tənzimləmək istəyir? Çünki 24 apreldə ABŞ prezidenti illik xalqa müraciətlə çıxış etməlidir. O, ilk dəfədir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının (mümkündür, həm də Senatın) ermənilərin soyqırımını (mətndə belə gedib – tərc.) tanıması şəraitində edəcək. Və hətta Tramp “genosid” sözünü tələffüz etməsə də, Türkiyənin suverenliyinin hüquqi əsasları artıq içi boş müqəvvanı xatırladır. Hətta kiçik sarsıntılar belə, 100 il ərzində yırğalanan qum təpəsi üzərində inşa edilən nə varsa, uçura bilər.

Təhlilçilər deyir ki, çox şey erməni-amerikan münasibətlərindən asılıdır. İrəvan rəsmi olaraq tanınma proseslərinə müdaxilə etməsə də, Ermənistan parlamentinin nümayəndə heyəti bu yaxınlarda ABŞ-da olub. Nümayəndə heyətinin rəhbəri Lilit Makunts səfərdən sonra bəyan edib ki, Ermənistan-ABŞ dostluq qrupu “ABŞ-ın Ermənistana dəstək Aktı”nın qəbul edilməsi prosesiylə bağlı təşəbbüs göstərəcək.

Xatırladaq ki, 23 oktyabr 2019-cu ildə ABŞ Konqresi “Gürcüstana dəstək Aktı”nı qəbul edib və bu Akt çərçivəsində ABŞ Gürcüstana misilsiz dəstək, o cümlədən hərbi dəstək vermək niyyətindədir.

ABŞ-ın Ermənistana dəstək Aktı”nın hansı sferaları əhatə edəcəyi hələlik məlum deyil, lakin güman etmək olar ki, ABŞ-ın regona maraq göstərməsi və ermənilərlə əməkdaşlığa istinad edəcəyinin ehtimal olunması həm Ankarada, həm də Moskvada narahatlıq yaradır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının “Ermənilərin genosidi” (mətndə belə gedib – tərc.) haqqında qətnaməni qəbul etməsindən sonra yüksək səviyyəli rus məmurlarının – Lavrov, Şoyqu, Volodin və Matviyenkonun tez-tez Ermənistana gəlməsi və Ermənistanın yeni hakimiyyətinin ünvanına bol komplimentlər yağdırması təsadüfi deyil.

Dövlət Dumasının deputatı Konstantin Zatulin bəyan edib ki, “hərbi bazanın gücləndirilməsi haqqında razılaşmanın imzalanması ilə biz hamıya göstəririk ki, Rusiya Ermənistanla bağlı öhdəliklərindən yayınmaq niyyətində deyildir”.

Ermənistan baş naziri Nikol Paşinyan “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Ermənistan hər hansı bir ilkin şərt olmadan, Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının “Ermənilərin genosidi”ni tanımasına toxunaraq, qeyd edib ki, “belə qərarlar bizim regionda atmosferi dəyişir”.

Nikol Paşinyan deyib: “Təəssüf ki, genosiddən (mətndə belə gedib – tərc.) 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, Türkiyə hələ də ermənilər tərəfindən təhlükəsizliyimizə mümkün təhdid kimi qəbul edilir”.(Tərcümə Strateq.az-ındır)

pia.az


Etiket: ABŞ Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar