Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin dərin dövlətə qarşı mübarizəsi - Tramp niyə Pentaqona mane olmağa çalışır?..

Dərin dövlət ABŞ-da həmişə olub və olacaq. Bunu Tramp da bilir, lakin o inanır ki, öz gücündən istifadə edərək dərin dövlətin istənilən qərarı almasına mane ola biləcək...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə 3 dekabr 2019-cu il

Türkiyə Dərin dövlətinin olub olmaması çoxdandır müzakirə edilir. Lakin bu müzakirə Türkiyədən çox, ABŞ-da müzakirə olunur. Çünki oradakı müzakirənin nəticəsi hər kəsə, hər şeyə təsir edir. ABŞ-ın batması da, böyüməsi də bunun nəticəsinə görə müəyyənləşir.

Qəbul etmək lazımdır ki, 1945-1990-cı illərdəki Soyuq Müharibəni anlaya bilməyən milyonlarla insan var. İndiki savaşı isə həm başa düşmək, həm də izah etmək heç də asan deyil. İlk olaraq Ağ Evə və prezident Trampa baxmaq lazımdır.

Amerika Birləşmiş Ştatları daxili çəkişmələrə görə xaricə fokuslana bilmir. Pentaqon ölkədən kənardakı gücünü qorumaq istəyərkən, Tramp buna mane olmağa çalışır. Tramp aşkar edib ki, Pentaqonun dərinlərindən olan Dəniz Qüvvələri Katibi Riçard Spenser vəzifədən uzaqlaşdırılması prosesində onunla bağlı bəzi kəşfiyyat fəaliyyətləri ilə məşğul olub. Daha doğrusu, başqa bir kəşfiyyat qurumu bunu bildirib. Sonra da fərqli bir bəhanə ilə Riçard Spenseri istefa verməyə məcbur edib.

Pentaqon-MKİ ortaqlığı ilə bu istefanın əngəllənməsi üçün çox önəmli bir sui-qəsd hazırlanıb. Trampa keçmiş illərdə 2 milyard dollardan çox kredit verən “Deutsche Bank”ın önəmli simalarından Tomas Bovers 19 noyabrda evində özünü asıb. Evdə asılı halda tapılan cəsəd Bovers idi. Lakin bu qətli edən komanda Pentaqon və MKİ idi.

Bu hadisə prezident Trampa ən azı qızı İvanka və kürəkəni Kaşner qədər yaxın olan Boversin qətli Ağ Evə qarşı ən sərt mesaj idi. Lakin Tramp geri addım atmadı. Müdafiə naziri Esperi Ağ Evə çağıran Tramp dərhal Riçard Spenserin istefasını tələb edib. 25 noyabr tarixində də Riçard Spenser istefa verib.

Tramp Pentaqonun, xüsusilə Suriya və Aralıq dənizindəki planlarına mane olduğu üçün hücumlara məruz qalır.

Pentaqon YPG-nin böyük bir gücə çevrilməsindəki tək əngəlin Tramp olduğunu düşünür. NATO zirvəsindən əvvəl Tomas Boversin qətli, Riçard Spenserin istefası ABŞ-dakı problemləri ortaya çıxarıb. Pentaqon Trampdan NATO-da çox sərt davranmasını tələb edir. Xüsusilə Türkiyəyə qarşı daha da sərt açıqlamalar verilməsi gözlənilir.

Bir neçə gün əvvəl Riçard Spenser ekrana çıxıb. Spenser: “Tramp hələ də ordunun funksiyasını başa düşmür. Trampın davranışı ABŞ ordusuna zərər verir”, deyib. Tramp bu açıqlamadan bir neçə gün əvvəl ortalığı qızışdırmışdı. Tramp: “Dərin dövlətə qarşı 3 böyük əsgərin yanında oldum”, deyib. ABŞ-da son 150 ildə Dərin dövlətə qarşı çıxan ilk prezident Tramp idi.

Tramp Pentaqonu Amerikanın dərin dövləti hesab edir. ABŞ-ın qaranlıq işlərinin arxasında Pentaqonun olduğuna inanır. Tramp Suriya məsələsində, sözsüz ki, ondan istənilən hər şeyi edəcək. Lakin Metis dönəmində ona əmr verməyə çalışan amerikalı generallar Trampı çox qəzəbləndirib.

Dərin dövlət ABŞ-da həmişə olub və olacaq. Bunu Tramp da bilir, lakin o inanır ki, öz gücündən istifadə edərək dərin dövlətin istənilən qərarı almasına mane ola biləcək.

Tomas Boversin qətlinə qarşı Spenseri istefa etdirərək cavab verdi. Pentaqon Trampın geri addım atacağına inanırdı.

Tramp 40-a yaxın ölkəyə səfir təyin edə bilməyib. Çünki amerikalı səfirlər Pentaqon tərəfindən təyin edilir. Tramp da buna qarşı çıxır. Ona görə də, bir çox ölkənin səfirləri təyin edilmir.

Vaşinqtonun hər yerində çəkişmələr var. Vaşinqtondakı “Dupont Circle” hoteldəki hər kəs bir-birinə dəyib. Jurnalistlər, iş adamları, çoxbilmiş siyasətçilər... Belə bir şey Amerika tarixində heç baş verməmişdi. Bu qədər gərginlik təbii olaraq Vaşinqtonun hər yerinə sirayət edir. Burada tək günahkar Tramp deyil, təbii ki.

Abigeyl Robinson Bovers... Tomas Boversin 2017-ci ildə evində öldürülən həyat yoldaşı. O tarixdə də Tramp Suriya məsələsində Pentaqonla üz-üzə gəlmişdi. Çünki Amerika əsgərlərinin Suriyada olmasını istəmirdi və bu məsələ ilə bağlı dalbadal açıqlama verirdi. Yəni Abigeyl Robinson Boversin qətli də Trampa qarşı səssiz bir mesaj idi.

ABŞ-ın daxilindəki çəkişmə təbii olaraq hər yerdədir və böyüyəcək. Adını bildiyimiz və ya bilmədiyimiz çox insanın canı yanacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar