Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEK 2020-ci ildə neftin qiymətini 90 dollara qaldırmağı hədəfləyir - Mümkünmü?

ABŞ-da “slans neft” erası bitirmi və 2020-ci ildə neft bazarı yenidən özünün “qızıl dövr”ünə qayıda bilərmi?..

İqtisadçı ekspert: “2009-cu ildən deyilir ki, ABŞ “slans neft” erası sona çatır. Amma o vaxtdan bu günə qədər edilən müşahidələrdə görünür ki, ABŞ “slans neft” erası nəyinki sona çatır, hətta ABŞ-da yeni neft yataqları kəşf edilir”.

“2020-ci ildə neftin qiymətinin iqtisadi göstəricilərlə qalxması mümkünsüz görünür. Əgər 2020-ci ildə qlobal müharibələr olarsa, neftin qiyməti qalxa bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli 2020-ci ildə neft bazarının yenidən özünün “qızıl dövr”ünə qayıtması proqnozlarını PİA.az-a şərh edərkn qeyd edib.

OPEK-də hesab edirlər ki, ABŞ “slans neft” erası sona çatır və bu da OPEK-in neft bazarında birbaşa hakim olmasını yenidən təmin edəcək.

OPEK-də hesab edirlər ki, ABŞ-da “slans neft” istehsalına sərmayə qoyuluşu kəskin azalır və 2020-ci ildə “slans neft” istehsalına sərmayə qoyuluşu minimuma enə bilər. Bundan yararlan karel Rusiya əlbir şəkildə hasilatı kəskin şəkildə azldaraq bazarda neftin qiymətini 2014-cü il səvoyyəsinə qədər qaldırmağı planlayırlar.

Danimarkanın “Saxo Bank” analitikləri isə hesab edirlər ki, 2020-ci ildə neftin qiyməti 90 dollara çıxa bilər.

Qeyd edək ki, Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Bu gün isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Bəs 2020-ci ildə neft bazarı yenidən özünün “qızıl dövr”ünə qayıda bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “ABŞ “slans neft” erası sona çatmadığına görə OPEK-in neft bazarında birbaşa hakim olması real görünmür”.

2020-ci ildə neftin qiymətində artımın iqtisadi göstəricilərə görə olmasını mümkünsüz hesab edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, əgər 2020-ci ildə qlobal müharibələr olarsa, neftin qiyməti qalxa bilər. Yəni müharibə neftin qiymətinin qalxmasına səbəb ola bilər:

“Artıq 2009-cu ildən deyilir ki, ABŞ “slans neft” erası sona çatır. Amma o vaxtdan bu günə qədər edilən müşahidələrdə görünür ki, ABŞ “slans neft” erası nəinki sona çatır, hətta ABŞ-da yeni neft yataqları kəşf edilir. Bu yataqlara görə də ABŞ-da neft emalı çoxalır. Buna görə hesab edirəm ki, ABŞ “slans neft” erası sona çatması barədə səsləndirilən fikirlər sadəcə olaraq OPEK-in və Rusiyanın neft bazarında güclü görünməsi üçün səsləndirilir.

ABŞ “slans neft” erası sona çatmadığına görə OPEK-in neft bazarında birbaşa hakim olması real görünmür. Bir daha qeyd edim ki, ABŞ-da nəinki neft tükənir, hətta yeni yataqlar hesabına neft daha da artır və bu artım hələ ki, davam edir.

Natiq Cəfərli: “Hesab edirəm ki, ABŞ “slans neft” erası sona çatması barədə səsləndirilən fikirlər sadəcə olaraq OPEK-in və Rusiyanın neft bazarında güclü görünməsi üçün səsləndirilir. ”.

2020-ci ildə neftin qiymətində artım isə iqtisadi göstəricilərə görə ola bilməz. Çünki artıq bir çox ölkələrdə yeni yataqlar kəşflər meydana çıxır. Məsələn “Mercedes” və başqa şirkətlər artıq maşınlar üçün benzin deyil, elektrik enerjisinin istifadəsini planlayırlar. Bu planı da tam olaraq 2020-ci ildə həyata keçirmək istəyirlər. Belə olan halda da neftə, yəni benzinə tələbat azalacaq və neftin qiymətinin qalxması ehtimalı azalacaq.

Ona görə qeyd etdim ki, 2020-ci ildə neftin qiymətinin iqtisadi göstəricilərlə qalxması mümkünsüz görünür. Amma əgər 2020-ci ildə qlobal müharibələr olarsa, neftin qiyməti qalxa bilər. Yəni müharibə neftin qiymətinin qalxmasına səbəb ola bilər”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: OPEK ABŞ Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar