Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda – Açıqlama

Bu gün Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd olub...

PİA.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı FHN açıqlama yayıb. Açıqlamada bildirilir ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd edib. Lakin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsi nəticəsində vətəndaş Rəşad Cahangirov özünü yandırması fikrindən daşınıb və o, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məlum olub ki, vətəndaş Rəşad Firidun oğlu Cahangirov bu ilin fevralında Şamaxı, Ağsuİsmayıllı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar olaraq atası – Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında daimi qeydiyyatda olan, lakin hazırda Rusiya Federasiyasında yaşayan Firidun Bəybala oğlu Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən evin sökülərək yenidən tikilməsi tələbi ilə özünü yandırmağa cəhd edib.

Qeyd edək ki, bu ilin noyabr ayının 27-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun mühəndislərindən ibarət komissiya tərəfindən Rəşad Cahangirovun atası Firidun Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən adıçəkilən evə baxış keçirilib və evin yalnız bərpaya ehtiyac olması barədə akt tərtib edilib. Rəşad Cahangirova bildirilib ki, 27 noyabr 2019-cu il tarixli akta əsasən, atası Firidun Bəybala oğlu Cahangirova məxsus yuxarıda göstərilən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib və qısa müddətdə bununla bağlı bütün lazımi tədbirlər görüləcək. Əvvəlcə bununla razılaşan, lakin sonradan fikrini dəyişən R.Cahangirov podratçı təşkilat tərəfindən müvafiq tədbirlər həyata keçirilən zaman atasına məxsus adıçəkilən fərdi yaşayış evinin qəzalı olduğunu iddia edərək bərpa işlərinin aparılmasına maneə törədib, bərpa işlərinin dayandırılmasına səbəb olub.

Evin sahibi, hazırda Rusiya Federasiyasında yaşayan Firidun Cahangirov evinin bərpa olunmasına razılıq verdiyi halda, oğlu Rəşad Cahangirov əsassız olaraq özünə deyil, atasına məxsus evin bərpa deyil, sökülərək yenidən tikilməsini tələb edir. Rəşad Cahangirov adıçəkilən evdə daimi yaşayış olduğunu bildirsə də araşdırmalar nəticəsində məlum olub ki, bu evdə yaşayış mövsümü xarakter daşıyır.

Beləliklə, özünü yandırmağa cəhd nümayiş etdirməklə Fövqəladə Hallar Nazirliyini şantaj etməyə çalışan Rəşad Cahangirov saxlanılaraq barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

pia.az


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar