Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şah İsmayıl Xətai bu yoldan keçib,ona hörmət qoyun"

Niyam Masallı yollarının gününə "ağladı"...

Müğənni Niyam Salami Masallı rayonunun pis gündə olması ilə bağlı tənqidi fikirlər səsləndirib.

PİA.az xəbər verir ki, ifaçı rayonda yolların vəziyyətdə olmasından şikayətlənib:

“Hər kəsə öz doğulduğu məkan daha əziz olur. İnsan doğulduğu məkana gələndə üzü gülür. Prezidentimiz qərar verib ki, qəsəbədən tutmuş, şəhərə qədər yollara, işıqlarına baxın. Masallı rayonu xaraba günə qalıb. Hələ mən mərkəz yerləri çəkmişəm. Hansı ki, Şah İsmayıl Xətayi buradan keçib. Belə böyük şəxsiyyət buradan keçib, heç olmasa ona hörmət qoyun. Yollara baxın, asfalta baxın...

Həmişə Masallıya gələndə yola, rayona, hər yerə baxanda tək mənim yox, çoxunun kefi pozulur. Ölüm-itim dünyasıdır, yeyəndə bir tərəfdən rəhmət qazanmaq üçün etmək də lazımdır”.

Müğənni tez-tez bu kimi problemləri işıqlandıran prodüsser-teleaparıcı Tarix Əliyevi (Tolik) də sözügedən posta işarələyib.

N.Salaminin izləyiciləri də onun fikirləri ilə razılaşıb və Masallının inkişaf etmədiyini bildiriblər: “Masallı rayonunun icra başçısı neçə illərdir ki, qış yuxusuna gedib. Hörmətli Niyam, nədən onu narahat edirsiniz? Bir Masallı sakini kimi o rayona getməkdən insan utanır. Bütün rayonlar inkişaf edən bir vaxtda Masallını necə uşaq vaxtı görmüşüksə, elə də qalıb. Prezidentimiz bu işə qarışmasa, icra başçısı yuxudan ayılmayacaq. Masallıda heç bir yenilik, heç bir inkişaf yoxdur”.

Xatırladaq ki, noyabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Daha bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Şahin Kərim oğlu Məmmədov isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Əlavə edək ki, Rafil Hüseynov 1969-cu ildən 2012-ci ilə qədər müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə Masallının icra başçısı təyin edilib. 7 il bu vəzifədə çalışmış Rafil Hüseynov haqqında müxtəlif vaxtlarda mətbuatda tənqidi məlumatlar yer alıb.

 


Etiket: Niyam Salami

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar