Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşıladılar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-rolikinin təqdimat mərasimi keçirilib...

Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin rəğbətlə qarşıladığı təqdimat mərasimini layihənin bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, onları bu maraqlı işin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətlə tanış edib. Sonra isə kompozisiya nümayiş olunub və dəvət olunmuş qonaqların müzakirəsinə verilib. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artistləri – “Şohrət” ordenli aktrisa Afaq Bəşirqızı, proffessor İlham Namiq Kamal, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, “Dəcəl qızlar” ansamblının bədii rəhbəri Cəmilə Bayramova, Əməkdar artist, Mədəniyyət kanalının direktoru Ramil Qasımov və digər sənət adamları çıxış edərək yüksək peşəkarlıqla hazırlanmış “Nəsimi” layihəsinə görə yaradıcı heyəti təbrik etdilər, gələcək fəaliyyətlərində uğurlar arzuladılar, bunun "Nəsimi ili"nə teatrın böyük hədiyyəsi olduğunu vurğuladılar.

Sonda baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə səhnəyə alqış sədaları altında dəvət olundular. Gənclər onların yaradıcığına göstərilən diqqət üçün minnətdarlıq etdilər, yeni planları barədə də toplaşanlara geniş məlumat verdilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar