Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs tutulub - Foto

Cəlilabad rayonunda fərdi yaşayış evlərindən birindən oğurluq edilib...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.AZ-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən evdə olmadığı müddətdə mənzildən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə barədə məlumat qeydə alınan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində qeyd edilən hadisənin Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.

Qeyd edək ki, oğurluq edilən mənzilin sahibi dəstə üzvü Esmira Həsənovanın bibisinə məxsus olub. O, hadisə günü evdə heç kimin olmadığını bildiyi üçün digər şəxslərlə birlikdə oradan oğurluq edib. Dəstə üzvləri Bakı şəhərindən Cəlilabad rayonuna Emin Məmmədovun “Opel” markalı avtomobili ilə gəliblər. Hadisədən sonra isə onlar elə həmin nəqliyyat vasitəsi ilə də paytaxta qayıdıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

pia.az

Fotolar




Etiket: oğurluq

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə niyə gedib? - Saat yarımlıq müzakirə...

Vergilər Məcəlləsinə mühüm dəyişikliklər - Şərh

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - Video

Türkiyəli müğənni son görünüşü ilə sevənlərini şoka saldı - Foto

Ən çox oxunanalar