Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesablama Palatası Sosial Müdafiə Fondunda yoxlama apardı

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib...

PİA.az xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə gəlirləri və xərclərinə dair auditin nəticələri haqqında;

- Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” və 2016-cı il 28 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində ayrılmış vəsaitlərin və tədbirlər proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının səmərəliliyinə dair.

İclasda auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarlarının və auditor hesabatlarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin Kollegiya qərarlarının icra vəziyyətinə dair auditorların məruzələri dinlənilib, İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar