Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir...
Mərasim Qubada “Mədəniyyət evi”ndə təşkil olunub.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimə əklil göndərib.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi. (APA)
pia.az