Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir

Ağ Ev Donald Trampla Rusiyanın XİN rəhbəri Sergey Lavrovun görüşünün təşkilinə hazırlaşır...

Müzakirə olunacaq mövzular arasında silahlara nəzarət də var.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen S.Lavrovun səfəri ilə bağlı “CBS” telekanalının ünvanladığı sualı cavablandırarkən deyib.

“Baxarıq, görərik. Ancaq düşünürəm ki, bunun baş verməsi ehtimalı böyükdür. Biz bunun üzərində çalışırıq”, - deyə Robert O’Brayen bildirib.

Trampla Lavrovun görüşünün əsas məqsədi barədə sualın cavabına gəlincə, O’Brayen qeyd edib ki, “söhbət qarşılıqlı münasibətlər prinsipindən gedir”: “Dövlət katibi Pompeo Rusiyaya səfər edəndə də Vladimir Putin onunla görüşmüşdü. Çinlilər, ruslar və digərləri ilə münasibətdə bəhs etdiyimiz prinsiplərdən biri də qarşılıqlılıq prinsipidir”.

Onun sözlərinə görə, görüş zamanı “silahlara nəzarətlə bağlı ümumi danışıqlar” da mümkündür.

S.Lavrovun Vaşinqtona səfəri barədə hələlik rəsmi açıqlama verilməyib, ancaq Moskva tərəfi bu məsələ üzərində işlərin getdiyini açıqlayıb.

Bu səfər baş tutsa, bu, Lavrovun 2017-ci ildən bəri Vaşinqtona ilk səfəri olacaq.

pia.az


Etiket: Lavrov Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar