Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi meydana geri dönən Elnur Aslanova hökumət etimad göstərəcəkmi?

Elnur Aslanov siyasi meydana geri dönür...

Prezident Aparatının keçmiş şöbə müdiri Elnur Aslanov yenidən siyasi meydana dönür.

PİA.az xəbər verir ki, BakuPost-un Elnur Aslanova yaxın şəxslərdən aldığı məlumata görə, Azərbaycan hökuməti ona yenidən etimad göstərəcək.

Bəziləri ona Prezident Aparatında vəzifə veriləcəyini bildirir. Amma daha yaxın çevirə Elnur Aslanovun Parlament seçkilərinə qatılacağı barədə qəti qərarın qəbul olunduğunu söyləyirlər: "Seçkilərə qatılması bir-iki gün ərzində elan ediləcək".

Qeyd edək ki, E.Aslanov 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.

Bundan sonra ABŞ-a oxumağa gedib və Harvard Business Schoolun məzunu olub. Hazırda bizneslə məşğuldur.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, iki kitab müəllifidir.

pia.az


Etiket: Elnur Aslanova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar