Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmalə Ağazadə işgəncə verilən uşaqlardan danışdı: “Mən onların dediklərinə inanmıram”

“Yəni, bu günə qədər analığın və atanın uşaqlara qarşı bu cür qəddarlıqlarını heç kəs görməyib?”...

“Əlbəttə ki, uşaqlara qarşı zorakılıq faktları var. Jurnalistin yazdığını oxudum. Orada uşaqların, babanın dedikləri əks olunur. Lakin uşaqlar çox kiçikdir və onların dediklərinə bir qədər inana bilmirəm”. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə işgəncəyə məruz qalan azyaşlı uşaqlarla bağlı Musavat.com-a açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, rəsmi qurumlar bu məsələni dərindən araşdırmalıdır:

“Bu məlumatı duyandan sonra sosial şəbəkədə bu cür başlıqla paylaşım etdim ki, ümid edirəm, bu olayı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu araşdıracaq. Bu başlığı elə-belə qoymamışam. Yəqin ki, siz özünüz də müşahidə etmisiz ki, yayılan məlumatlarda babanın müraciəti var və bu birtərəflidir. Burada çox ciddi ittihamlar, məqamlar var və bunlar mütləq araşdırılmalıdır. Amma kim qarantiya verir ki, onlar qərəzli deyil. Yəni, bu günə qədər analığın və atanın uşaqlara qarşı bu cür qəddarlıqlarını heç kəs görməyib? O döyülmələr, qırılmalar, zədələr, göyərtilər... Bunların hamısı məndə şübhə yaradıb. Bu baxımdan mütləqdir ki, qeyd etdiyim rəsmi qurumlar məsələni dərindən araşdırsın.

Əgər həqiqətən ortada qərəz olmazsa, ata və analıq ciddi cəzasını almalı və uşaqlara qəyyum təyin olunmalıdır. Yox əgər qərəz aşkarlanarsa, baba cəzasız qalmayacaq”.

Qeyd edək ki, ötən gün Bakının Zabrat qəsəbəsində azyaşlı uşaqların analığı və atası tərəfindən işgəncələrə məruz qalması xəbəri ictimaiyyətdə hiddətlə qarşılanıb. Jurnalist Elgün Gəncimsoy sosial şəbəkədə işgəncəyə məruz qalan uşaqların fotolarını paylaşaraq bildirib ki, Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib. Uşaqların dediyinə görə, analıq onların üzünə isti çay töküb, qaz dəmiri ilə döyüb, ayağından asıb, barmaqlarını isti suda yandırıb.

Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Uşaqların babası nəvələrinin üzləşdiyi durumla bağlı videomüraciət yayıb.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlayıb. Qurumdan bildirilib ki, məsələ araşdırılaraq, tezliklə mətbuata açıqlama veriləcək.

Uşaqların son durumu ilə bağlı vəziyyəti öyrənməyə çalışsaq da Ağcabədi Rayon İcra Hakimiyyətindən suallarımızı heç kəs cavablandırmaq istəmədi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar