Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu etiraz etdi

Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib...

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu kütləvi informasiya vasitələrində (KİV) adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib.

PİA.az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı P. Bülbüloğlunun etiraz məktubunda son zamanlar bir sıra internet səhifələrində belə sorğuların təşkil edilməsi hallarının artdığı vurğulanıb.

Səfir bildirib ki, məlum olmayan meyarlar və ölçülər əsasında keçirilən səsvermələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan, müxtəlif dövlətlərdə və fərqli siyasi şəraitdə ölkəmizi təmsil edən səfirlərin fəaliyyətinin eyniləşdirilməsi və yaxud müqayisəsi cəhdi yanlışdır və qeyri-mümkündür.

O qeyd edib ki, səsvermələrdə ömrünü Azərbaycan dövlətinə, onun maraqlarının qorunmasına həsr edən şəxslərin adlarının yeni təyin olunmuş gənc səfirlərlə müqayisəsi ümumiyyətlə düzgün deyil: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin yarası və böyük problemi var. Azərbaycan Respublikasının bütün diplomatları Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri icra etmək üçün akkreditə olunduqları ölkələrdə öz səlahiyyətləri və imkanları çərçivəsində bu ağır problemin həlli istiqamətində iş aparırlar. Görülən işlərin isə hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir”.

P. Bülbüloğlu yuxarıda yazılanları nəzərə alaraq, KİV-dən onun adının qeyd olunan sorğudan çıxarılmasını xahiş edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar