Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Normand dördlüyü”nün sammiti - Rusiya separatizmə qarşıdır, yoxsa?...

Rusiyanın özünün yaratdığı münaqişələrin həllinə maraq göstərməsi hazırkı siyasi və geosiyasi şəraitdə mümkün görünürmü?

Politoloq: “Bu münaqişəni Ukrayna siyasi və hərbi yolla həll edə bilməz. O halda Rusiya ilə birbaşa müharibə riski yaranar”.

“Dünən də Ukraynanın paytaxtı Kiyevdə Zelenski və Putinin görüşünə qarşı siyasi partiyaların etiraz etdiyini gördük. Onların əsas istəyi Putinlə Zelenski arasında dialoqun baş tutmaması idi. Buna görə də Zelinski görüşə kifayət qədər təzyiqlər altında gedir”.

Bu sözləri politoloq Zaur Məmmədov bu gün baş tutacaq “Normand dördlüyü”nün növbəti görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Uzun sürən fasilədən sonra dekabrın 9-da Parisdə "Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan "Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra "Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra KiyevMoskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.

Hələ “Normand dördlüyü”nün görüşündən xeyli əvvəl burada hər hansısa razılaşma sənədinin imzalanacağı açıqlanıb. Rusiya rəsmiləri bu razılaşmanın imzalanacağını istisna etməyib. Rusiya Prezidenti hələ oktyabrın sonundan bu görüşə hazır olduğunu bəyan edib.

Ukrayna Ali Radasının fraksiyaları olan “Avropa həmrəyliyi”, “Səs” və “Batkivşina” artıq ölkə prezidentindən “qırmızı xətti” keçməməsini tələb ediblər. Onlar hesab edirlər ki, müzakirələr Ukraynanın milli maraqları və Avropaya inteqrasiya kursuna zidd olmamalıdır. Əks halda, fasiləsiz etiraz aksiyalarının başlanacağı qeyd edilib.

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Markon bəyan ediblər ki, Avropanın maraqları çərçivəsində Donbas münaqişəsi ətrafında Rusiya ilə birbaşa dialoq arzuolunandır.

Ümumilikdə “Normand dördlüyü”nün sammitindən hansı gözləntilər var? Rusiyanın özünün yaratdığı münaqişələrin həllinə maraq göstərməsi hazırkı siyasi və geosiyasi şəraitdə mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməldaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Münaqişənin nizamlanması üçün artıq vaxt “Normad” görüşünə gəlib çatıb”.

2013-2014-cü illərdən bu yana Qərb ölkələri tərəfindən Rusiyaya qarşı mübarizənin və Ukraynanın yanında olmaq kimi rejtlərin şahidi olduğumuzu xatırladan poltoloq bildirib ki, lakin son zamanlar Merkel və Makron açıqlamalarında Rusiya ilə dialoqa girməyin tərəfdarı olduqlarını bildirdilər:

“Normand dördlüyü”nün növbəti görüşü illərdir Ukraynanın Şərqində davam edən münaqişənin nizamlanmasında yeganə yoldur. Məlumdur ki, bu formatda olan görüş uzun müddətdir ki, həyata keçirilmirdi. Ümumiyyətlə Ukraynada prezident seçkilərindən sonra, yəni Zelinski hakimiyyətə gələndən sonra bu cür görüşlərə pauza verilmişdi. Lakin buna baxmayaraq biz bilirik ki, Zelinski və Putin arasında qarşılıqlı olaraq söz dialoqu və bit neçə dəfə də telefon danışıqları baş tutub.

Putinin əsas istəyi “Normand” görüşlərində əsas söz sahibi olmasıdır. Yalnız o halda danışıqlar başlamaqdır ki, Ukrayna münaqişə ilə bağlı Rusiaynın mövqeyini tamamilə gözardı etməsin. Hazırda Zelenskinin sərgilədiyi mövqe danışıqlara başlamaq üçün effektli atmosfera yaradıb və Rusiya danışıqlara hazır görünür. Eyni zamanda Kerç boğazında həbs edilən Ukrayna dənizçilərinin və başqa ukraynalıların Rusiya tərəfindən qaytarılması şahidi olduq. Bütün bunlar onu deməyə əsas verir ki, münaqişənin nizamlanması üçün artıqt “Normad” görüşünün keçirilməsi üçün münbit şərait yaranıb.

Fransa və Almaniyanın da “Normand” görüşü ilə bağlı baxış bucağıi olduqca vacibdir. Çünki 2013-2014-cü illərdən bu yana Qərb ölkələri tərəfindən Rusiyaya qarşı mübarizənin və Ukraynanın yanında olmaq kimi jestlərin şahidi olduq. Bu siyasət isə Ukraynanın şərqində seperatçıların meydana çıxması və Krımın ilhaq olunması iıə nəticələndi. Lakin son zamanlar Merkel və Makron açıqlamalarında Rusiya ilə dialoqa girməyin tərəfdarı olduqlarını bildirdilər.

Zaur Məmmədov: “İnanmıram ki, Rusiya Luqansk və Donetsk ərazilərinin Ukraynaya qaytarılmasına yol verəcək”.

Bildiyimiz kimi bu münaqişəni Ukrayna siyasi və hərbi yolla həll edə bilməz. O halda Rusiya ilə birbaşa müharibə riski taranar. Düşünürəm ki, Kiyev mümkün qədər güzəştə getməyə məcbur olacaq. Təbii ki, qondarma Luqansk və Donetsk xalq respublikalarının əsas istəkləri budur ki, heç bir halda Ukrayna ərazisinə qayitmasınlar. Əslində inanmıram ki, Rusiya da o ərazilərin Ukraynaya qaytarılmasına yol verəcək. Son zamanlar həmin ərazilərdə yaşayanlara rus pasportunun verilməsi də bunun əyani bir sübutudur.

Hər-halda Ukrayna ərazisi daxilində böyük bir muxtar statusunun verilməsi ilə bağlı da məsələnin müzakirə olunması istisna deyil. İki gün əvvəl və dünən də Ukraynanın paytaxtı Kiyevdə Zelenski və Putinin görüşünə qarşı siyasi partiyaların etiraz etdiyini gördük. Onların əsas istəyi Putinlə Zelenski arasında dialoqun baş tutmaması idi. Buna görə məlumdur ki, Zelinski görüşə kifayət qədər təzyiqlər altında gedir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar