Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Türkiyədən Azərbaycana yük daşımaları artıb

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana Türkiyənin yük maşınları ilə 29 307 dəfə yük daşınıb. Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur

 

 

Bu barədə Trend-ə Türkiyənin Beynəlxalq Daşıyıcılar Assosiasiyasından bildiriblər.

Qeyd olunub ki, hesabat dövründə Türkiyədən daşınan yüklərin ümumi həcmində Azərbaycanın payı 2,76 faizə bərabər olub.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Naxçıvan Muxtar Respublikasına 17 837 dəfə yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azdır. Bu göstərici Türkiyədən daşınan yüklərin ümumi həcminin 1,68 faizini təşkil edib.

 

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 8 291 dəfə yük daşınıb (69 faiz artım), bunlardan 7 047-si Azərbaycanın yük maşınları ilə (15 faiz artım) baş tutub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Yük daşıma


loading...

Ən çox oxunanalar