Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyan rayon icra başçısının birinci müavini Etibar Hüseynovun kreslo sevdası bitmək bilmir – Şikayət

Hər il ölkə başçısı tərəfindən Azərbaycanın bir çox şəhər, rayon və kəndlərinin inkişafı, avtomobil yollarının bərpası üçün milyonlarla manat büdcə ayrılır...

Bu pullar bəzən bəzi yerli icra qurumları tərəfindən düzgün xərclənmir, şəxsi vəsait kimi mənimsənilir. Bu hallar ucbatından vətəndaşlar əziyyət çəkir, narazılıq edir, qayğıdan kənarda qaldıqlarını düşünürlər.

Bu səbəbdən Prezident narazılıq yaradan icra başçılarının vəzifəsinə son qoyur, onları əvəzləyir. Məsələn, Salyanın keçmiş icra başçısı Tahir Kərimov vəzifədə olduğu müddət ərzində özünə mal-mülk toplamaq, dövlətin pulu ilə özünə obyektlər tikdirmək, hətta dövlət bağçasını sökdürüb yerinə villa tikdirməklə məşğul idi. Özünü rayonun Allahı hesab edən Kərimovun “Allahlığı” uzun çəkmədi, vəzifədən çıxarıldı. Yerinə isə Sevindik Hətəmov təyin edildi.

Hər kəs təbii ki, yeni icra başçısından fəaliyyət gözləyirdi. Ondan qayğı və diqqət gözləyənlər arasında Baba Zənan (Babazanlı) qəsəbəsinin sakinləri də var. Qəsəbə illərdir asfalt örtüyünün nə olduğunu bilmirdi. Bu qəsəbəyə cəmisi 1 dəfə, o da bir küçəyə çəkilən incə asfalt qatı çox keçmədi ki, keyfiyyətsiz olduğu üçün dağıldı.

20 yaşında, “Söz veriblər, asfalt çəkiləcək” sözünü deyənin indi nəticələri var. Amma qəsəbə hələ də tam asfalt örtüyü çəkilmiş küçə üzü görməyib.

Qəsəbənin vəziyyəti ilə bağlı bu ilin mart ayının sonlarında yazı hazırlanmışdı. Həmin yazıda qəsəbənin palçıqlı küçələrindən, bu palçığa görə məktəbə əziyyətlə gedən məktəblilərdən, sakinlərin əziyyətindən bəhs edilirdi.

Yazıdan sonra rayon icra hakimiyyətindən bildirildi ki, vəziyyətdən xəbərləri var və illərdir gözdən uzaqda qalan qəsəbə üçün işlər görüləcək.

Bir müddət sonra isə həqiqətən qəsəbədə işlərin başlaması ilə bağlı məlumat əldə etdik. Yazının üzərindən 9 ay keçmişdi və vəziyyətin necə olduğunu yerində öyrənmək üçün qəsəbəyə yollandıq.

Nələr dəyişdi?

Görülən işlərlə tanış olmaq üçün qəsəbəni dolaşmaq qərarına gəldik. Bizə bu məsələdə sakinlərin problemlərini ən yaxşı bilən, qəsəbənin ağsaqqallarından biri olan Eldar İbişov köməklik etdi. “Qəsəbədə yüzlərlə ailə yaşayır. Onların hamısının da istəyi eynidir, qəsəbəyə diqqət ayrılsın, yollar təmir edilsin, uşaqların bağçası, məktəbi normal vəziyyətə gətirilsin” deyən E.İbişov bizi görülən işlərlə bir-bir tanış etdi.

İllərdir Kür çayının kənarında yaşayan vətəndaşlarımız evlərinə suyu ya pulla alırdı, ya da qonşularla ortaq pul toplayıb, borular alıb, nasoslar ilə həyətlərinə su çəkdirirdilər. Artıq hər bir həyətə 24 saat su gəlir. Heç bir qəsəbə sakininin su problemi yoxdur.

Baba Zənan qəsəbəsində bir məktəb və bağça var. Bağçanın vəziyyəti həddən artıq bərbad halda idi. Valideynlər hər dəfə övladlarını bağçaya təhvil verəndə dua edirdilər ki, zəlzələ olmasın. Çünki bina köhnə və təmirsiz idi, hər an bədbəxt hadisə baş verə bilərdi. Hazırda köhnə bina sökülüb, yerində yeni və müasir bağça tikilir. Tikinti işləri yekunlaşıb. Hazırda son tamamlanma işləri gedir.

Qəsəbənin məktəbindəki sinif otaqları illərdir odun və ya elektrik sobası ilə isidilirdi. Hazırda məktəbdə müasir isidici sistem qurulub, şagirdlər otaqlarda donaraq dərs keçmir, evə gedərkən üzərlərindən odun sobasının qoxusu gəlmir.

Sakinlərin isə hazırda ən çox istədiyi küçələrinin asfaltlanmasıdır. Son yazımızdan sonra qəsəbəyə gələn yol və əsas bir küçə asfaltlanıb. Amma qəsəbənin digər heç bir küçəsində asfalt yoxdur. Hər yer yenə palçıq içindədir.

Öyrəndik ki, icra başçısı bu günlərdə qəsəbə sakinləri ilə görüşüb və orada onlara görüləcək işlərlə bağlı danışıb. Bu barədə də məlumat verən Eldar İbişov bildirdi ki, qəsəbənin bütün problemləri yavaş-yavaş həll edilir:

“Hazırda qəzalı vəziyyətdə olan bağçamızın yerində gözəl bağça tikilir, yaxın zamanda təhvil veriləcək. Hələlik uşaqlarımız məktəbimizdə onlara ayrılan zalda tədrislərinə davam edirlər. Bağça təhvil verilən kimi onlar da geri qayıdacaqlar. Yollarımız bəli, pisdir. Asfalt problemimiz var. Bu barədə də işlər görülür. Bağça təhvil verilən kimi asfalt örtüyü çəkiləcək. İcra başçısı sakinlərlə görüşdə deyib ki, işıq dirəkləri də alınıb, dəyişdiriləcək. Yeni icra başçısı illərdir unudulmuş qəsəbəmizə dəstək verir. Arzu edirik ki, bu işlər davamlı olsun və biz də rahat olaq”.

Sakinlərin problemləri olan üz tutduqları birinci yer təbii ki, yerli icra hakimiyyətidir. Öyrəndik ki, sakinlərin problemlərini dinləməyən, problem həll etməkdən daha çox problem yaradan şəxs icra başçısının birinci müavini Etibar Hüseynov adlı şəxsdir. Bu şəxs illərdir ki, kreslosundan bərk-bərk yapışıb. İcra başçıları dəyişsə də, o, yerini bir yolla qoruyub. Rayon sakinləri isə bu şəxsdən olduqca narazıdır. Rayon ərazisində sakinlərlə görüşdən qaçan, çox vaxt da yalançı vədlər verən birinci müavin, rayon ərazisində özünə yetərincə qazanc mənbəyi də yaratmağa imkan tapıb.(Musavat.com)

pia.az


Etiket: Salyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar