Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uydurma analizlər və xaos - III Dünya Müharibəsi necə başlayacaq?..

Əgər bir dünya müharibəsi baş verəcəksə, bu, böyük ehtimalla, kütləvi qırğın silahı ssenarisinə görə baş verəcək...

Akdoğan Özkan

“T24” qəzeti, Türkiyə, 9 oktyabr 2019-cu il

Qlobal sistemdə Baltik üzrə analitik olan bir şəxs bir necə sahədə, qlobal istiləşmə, ekoloji təhlükəsizlik və buzların əriməsi kimi sahələrdə mütəxəssis ola bilirsə, Yaxın Şərq təhlilçisi də də İslam hərəkatları, terrorla mübarizə, kəşfiyyat və silah barəsində mütəxəssis olur. Lakin bu mütəxəssislər bildiklərindən çox, bilmədiklərinə təəccüblənərək tarix üçün daha öydərici olurlar.

Amerikalı yazıçı və Yaxın Şərq mütəxəssisi Royel Mark Qerext buna nümunədir. Mərkəzi Vaşinqton olan “Foundation for Defense of Democracies” adlı təşkilatın köhnə analitiklərindən biri olan Qerext ABŞ-ın müdaxiləli xarici siyasətini ən çox dəstəkləyənlərdən biridir. Qerexti 26 noyabr 2002-ci ildə “New York Times” qəzetində çıxan “İraq Müharibəsi Yaxın Şərqi qeyri-sabit etmək istəmir” yazısından xatırlayanlar ola bilər. Məsələn, onun II Körfəz müharibəsindən əvvəl qələmə aldığı bir yazı bu gün ictimaiyyətin düşüncəsini yanlış yöndə dəyişdirmək və qeyri-sabitlik yaratmaq baxımından önəmlidir.

ABŞ-ın İraqa hərbi müdaxiləsini müdafiə edən bu mütəxəssis hücum ehtimalından qorxan ictimaiyyətə bildirib ki: “Narahat olmayın, İraqa edilən hücum Yaxın Şərqdə sarstıntı yaratmaz və bölgəyə qeyri-sabitlik gətirməz. Mən mütəxəssisəm, ona görə bilirəm”. Və əlavə edib ki, başladılan müdaxilənin ən həyəcanlı nəticəsi də İraqda demokratiya yolunu açmasıdır.

Yəni bu və buna bənzər bir çox analizdə vurğulandığı kimi, azad dünyanı vura biləcək kütləvi silahlara sahib olduğu iddia edilən Səddam Hüseynin liderliyindəki İraqa müdaxilə edilərək həm o ölkəyə demokratiya gətiriləcək, həm də İraq, o cümlədən Yaxın Şərq artıq daha etibarlı bir yer olacaqdı. Həmçinin, guya bu müdaxilədən sonra qeyri-sabitlik də olmayacaqdı.

Halbuki bir yalan üzərində qurulan 2003-cü il İraq müharibəsi bu gün artıq bildiyimiz kimi, bölgəni illərlə uçuruma yuvarlamaqla kifayətlənmədi, üstəlik İŞİD-in də yolunu açdı.

Təbii ki, o müharibənin dəhşətli bir nəticəsi də oldu: Amerika əsgərləri 2011-in dekabrında İraqdan tamamilə çəkildikdən sonra 3 milyondan çox iraqlı evindən didərgin salındı, 800 min iraqlı (əsgər və sivil) ilə 4500-ə yaxın Amerika əsgəri həyatını itirdi. Ən dəhşətlisi isə odur ki, o əsgərlər arxalarında dağıdılmış, yandırılmış, elektrik və su şəbəkələri məhv edilmiş şəhərlər buraxdı. Ölkənin təhlükəsizliyi isə ləğv edilmiş bir ordu ilə özünü belə qoruya bilməyən bir polis təşkilatına əmanət edildi. Üstəlik, 2012-nin noyabrında baş tutan prezident seçkilərindən 3 ay əvvəl qələmə alınan bir sənəddən də başa düşülür ki, ABŞ əsgərləri geri çəkildikdən sonra ərəb coğrafiyasından böyük bir cihadçı axımının başlayacağını və özlərini İŞİD adlandıraraq bölgədə “xəlifəlik” edəcəyini Vaşinqton artıq bilirdi. Bunu sui-qəsd ssenariləri ilə yox, məhz Pentaqonun və ABŞ Xarici İşlər Nazirliyinin rəsmi sənədləri sayəsində öyrəndik.

Bu gün “İraq müharibəsi Yaxın Şərqi sarsıtmaz” tipli analizlərin üstündən 17 il keçib. Bu cür yazıları heç kim xatırlamır. Lakin heç kim bu “kimsəsiz analiz”lərin uğursuz və yanlış olduğunu da demir. Bu tipli “analitiklər” lazım olduqda beynəlxalq cəmiyyətə yalanlar uyduraraq öz missiyalarını tamamladılar.

Əslində, heç kimin həqiqətə - İraqda kütləvi qırğın silahı olub olmadığını bilməyə ehtiyacı yox idi. Yoxsa bu ehtiyac qəbul edilmiş olsa da, 1997-ci ildə kimyəvi silahları yox etmək məqsədilə qurulmuş hökümətlərarası təşkilat olan Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) nəzarətçiləri yoxlamalarla həqiqəti ortaya çıxara bilərdilər. Amma “analizlər”lə ümumi bir düşüncə yaratmaq qala-qala, yoxlamalarla vaxt itirmək istəmədilər...

Hətta o analizlər də yetərli hesab edilməyib. Həmin tarixlərdə “yoxlamalarla reallığı ortaya çıxara bilərik” deyən və buna görə də, hər kəsin İran işğalına mane olacaq adam hesab etdiyi OPCW-ın ilk sədri Joze Bustani ABŞ-ın əliylə 2002-nin martında vaxtı bitməmiş, gözlənilməz şəkildə vəzifəsindən uzaqlaşdırılmışdı. BBC 2003-cü ildə “İraq işğalına mane ola biləcək adam” kimi tanınan Joze Bustanidən 15 il sonra müsahibə aldıqda braziliyalı diplomat belə cavab verib:

“Əgər OPCW nəzarətçiləri İraqa girə bilsəydi, kimyəvi silah tapa bilməyəcəkdilər və işğal etmək üçün bir bəhanə də qalmayacaqdı. Lakin amerikalılar İraqı işğal etmək istəyirdi və bu yoxlanış onların əleyhinə olacaqdı”.

Bəli, İŞİD Yaxın Şərqə göydən düşmədi. 2014-cü ildə İŞİD İraq ordusununu məğlub edərək Fəllucə və Ramadi ilə yanaşı, zəngin neft yataqları olan Mosulu da ələ keçirdisə, bunun səbəbi İraq hökümət qüvvələrinin mübarizə qabiliyyətindən məhrum edilməsi idi. Təbii ki, İraq müharibəsindən sonra bənzər analizləri və həmlələri Suriya müharibəsində də gördük. Hətta son günlərdə İrana, Livana qarşı ehtimal edilən müdaxilələrin “necə gözəl nəticələri” olacağını deyən analitiklər də var.

Xatırlayırsınızsa, Suriya müharibəsinin Türkiyəni də ixtilafın içinə daxil edən ən kritik hissəsi 2013-cü ilin yay aylarında “kimyəvi silah hücumu” yalanından sonra ortaya çıxmışdı. “Rejim paytaxt Dəməşqin əkinçilik bölgəsi olan Şərqi Qutada zarin qazı daşıyan raketlərlə sivilləri öldürdü” xəbəri çıxdıqdan sonra Baş nazir Əhməd Davudoğlu hadisənin real olub olmadığını dəqiqləşdirmədən Əsədi düşmən elan etmişdi. Bu xəbərdən dərhal sonra Suriyaya dünyanın hər yerindən cihadçı axını olub və onların özəyini təşkil edən qurumlara, xüsusilə Körfəz monarxiyalarından silah-sursat axmağa başlamışdı. Kimsə bu cihadçıları silahlandırmış, başqa biri təlim keçmiş, digərləri də yedirib və ciblərinə pul da qoyub. O kimyəvi silah hücumunun bir yalan olması və hadisənin əl-Nüsrəçilərin depo kimi istifadə etdiyi bir tuneldə partlayışla əlaqəli olması sonradan üzə çıxdı. Təbii ki, bu da Suriya qan gölünə dönəndən və ələvilər qətl ediləndən sonra üzə çıxdı. 

2018-ci ilin 7 aprel tarixində “Suriya rejiminin yeni kimyəvi silah hücumu” ilə bağlı bir iddia ortaya atıldı. ABŞ liderliyindəki beynəlxalq koalisiyaya bağlı olan qüvvələr hadisəni dərhal “Əsəd kimyəvi silah hücumu etdi” deyərək qiymətləndirdi və bu ölkəni “cavab atəşi vermək üçün” 100-dən çox raketlə vuraraq cəzalandırdı. Bunu da OPCW-dən olan 8 elm adamının olduğu təyyarə hadisə yerini araşdırmaq üçün Suriya torpaqlarına düşmədən 1 gün əvvəl etdilər.

Şəxsən OPCW mütəxəssisləri bildirmişdi ki, Dəməşq rejiminin günahlandırıldığı kimyəvi silah hücumu yalandır, lakin işlədikləri qurum həqiqətlərin üstünü saxta sənədlərlə bu yalanı bilərəkdən dəstəkləyiblər. İngiltərənin “The Mail on Sunday” qəzetinin təcrübəli yazıçılarından Pitr Hitçens də oxucularına bu alimlərlə əlaqə yaradaraq mütəxəssislərin kəşflərinin OPCW rəhbərliyi tərəfindən necə gizlədildiyini ətraflı şəkildə izah etmişdi. 

Hitçens bu uğurundan sonra tərif eşitməyi gözləyərkən bəzi qisimlərin hücumlarına məruz qaldı və nəhayət, “Spectator USA” jurnalında 29 noyabr 2019-cu il tarixində “In Defense of Journalism” başlıqlı bir yazı yazaraq tarixə böyük bir etika ilə jurnalistika dərsi keçdi. 

Keçən həftə sonu dünyanın ən böyük xəbər jurnallarından olan “Newsweek”də çalışan Tariq Həddad adlı bir jurnalistin sonuncu OPCW skandalı barədə yazdığı xəbərin heç bir səbəb göstərilmədən yayımlanmadığı üçün Həddad istefa verməyə məcbur qalıb. Həddad öz Twitter hesabından verdiyi açıqlamada qeyd edib ki, məsələ ilə bağlı topladığı məlumatları “Newsweek”dən başqa bir yerdə yayımlayacaq. Lakin daha sonra bildirib ki, ona jurnal rəhbərliyindən bir e-mail gəlib. Aldığı mesajla təhdid edildiyini bildirən jurnalist qeyd edib ki, məsələ ilə bağlı hüquqi məsləhət aldıqdan sonra məsələni məhkəməyə daşıyacaq.

Qısaca, əgər bir dünya müharibəsi baş verəcəksə, bu, böyük ehtimalla, kütləvi qırğın silahı ssenarisinə görə baş verəcək. “Filankəs filan yerdə kimyəvi silahla qətliam etdi” kimi manşetlərdən sonra qiyamət qopa bilər. Reallıq, bəlkə bir gün yenidən ortaya çıxar. Amma təbii ki, bəşər məhv olduqdan sonra...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar