Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov öz yerinə oğlunu gətirir? – İddialar...

Naxçıvan MR dəfevralın 9-da seçkiyə getmək barədə qərar verib...

PİA.az xəbər verir ki, bu barədə Sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb. Sərəncamda deyilir:
“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".

Ovqat.com bu mövzuda dərc etdiyi yazıda sual edir ki, Naxçıvan Ali Məclisinin sədri hansı əsasla seçicilərin iradəsi ilə formalaşan parlamenti buraxıb, növbədənkənar seçkilərin keçirilməsinə qərar verib? Qeyd olunur ki, heç bir halda Ali Məclis sədrinin iradəsi seçici iradəsindən üstün deyil və Prezidentin Milli Məclislə bağlı Sərəncamında Ali Məclisin buraxılması nəzərdə tutulmamışdı və tutula da bilməzdi.

“Zira hüquq fəlsəfəsinə görə, seçici iradəsi milli iradənin təcəllisi sayılır və demokratik dövlətçilik prinsipinə görə, heç bir dəyər onun fövqünə çıxa bilməz. Məhz buna görədir ki, Azərbaycanda Milli Məclisin buraxılmasının qılıfı tapıldı və deputarların öz ricası və Konstitusiya Məhkəməsinin razılığı ilə prezident parlamenti buraxdı. Naxçıvanda isə demokratik dövlətçiliyin bu ənənəsi pozulub və bu, Konstirusiyanın II maddəsinin 1. bəndi ilə əsaslandırılıb. Həmin müddəada isə deyilir:

“II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir”.

Göründüyü kimi, burada söhbət Ali Məclisin buraxılması səlahiyyətindən getmir. Sədr yalnız Ali Məclisə seçkilərin gününü təyin edə və bu da növbəti seçkilərə şamil oluna bilər. Dekabrın 9-da keçirilməsi nəzərdə tutulan seçkilər isə növbədənkənardır. Deməli, onun keçirilməsi üçün Azərbaycanda olduğu kimi hüquqi qılıfı da hazırlanmalı idi. Yəni Naxçıvan deputatları da mandatından imtina etməli və parlament hüquqən öz fünskiyasını yerinə yetirə bilməz hala gəlməli idi. Amma bunlar edilmədi.

Saytın iddiasına görə, Vasif Talıbov öz yerinə kiçik oğlu Seymur Talıbovu gətirmək istəyir. Hətta bunun üçün Naxçıvandakı önəmli qurumları Seymur Talıbovun qohumlarına tapşırıb. Vasif Talıbovun Muxtar Respublikanın DİN-nin rəhbəri vəzifəsinə öz qudasını gətirməsi də bu siyasətin tərkib hissəsidir.

Məlumata görə, bu planın qarşısını almaq istəyən rəsmi Bakı 2017-ci ilin avqustunda Əhməd Əhmədov nazir postundan uzaqlaşdırılandan sonra həmin vəzifəyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovu təyin edibmiş. Həmin vaxtdan cəmi 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri postuna Vasif Talıbovun qudası Fazil Ələkbərov gətirildi.

Bildirildiyinə görə, Vasif Talıbov oğlu Seymuru da özünün müavini təyin etdirmək istəyirmiş. Bu isə mərkəzi hakimiyyətin səlahiyyətləri daxilində olduğundan rəsmi Bakının razılığının alınması vacib imiş. Rəsmi Bakı isə buna razılıq vermədiyindən Seymur Talıbov yerli səlahiyyətlər çərçivəsində atasının köməkçisi ola bilib. “Naxçıvan” Universitetinin yeni rektorunun təyinatını da varis planının həyata keçirməsinin elanına hesablanıbmış.

“Muxtar Respublikada 9 Dekabrda keçirilməsi nəzərdə tutulan seçkinin nəticələri bu suallar yanaşı çox şeyə aydınlıq gətirəcək” deyə sayt yazır.

pia.az


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar