Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədov Azərbaycanın demokratikləşməsi üçün yol xəritəsini təklif edib

Əslən Azərbaycandan olan rusiyalı milyarder, keçmiş rusiyalı senator Fərhad Əhmədov Facebook səhifəsində Azərbaycanda növbədənkənar seçkilərə həsr olunmuş geniş məqalə dərc edib...

“Müxalifətin faydaları haqqında” başlıqlı nəşrdə o, Milli Məclisin buraxılmış tərkibi haqda mənfi fikir söyləyir, onları “cib deputatları”, “istənilən dəyişiklik və islahatlara dözməyənlər” adlandırır.

“Təcrübəli millət vəkili olaraq, yeni Milli Məclisdə peşəkar qanun yaradıcılığı, yeni ideya və təşəbbüslərin irəli sürülməsi və irəliləməsi, habelə dövlətin fəaliyyətinin əsas sektorlarına nəzarət funksiyasının həyata keçirilməsi üçün imkanların genişlənəcəyinə ümid edirəm. Ancaq mənim əsas ümidlərimdən biri odur ki, nəhayət, Azərbaycanda əsl konstruktiv müxalifət meydana çıxsın. Konstruktiv müxalifətin olması cəmiyyətin və dövlətin kamilliyinin əsas indikatorlarından biridir.

Milli müxalifətin ideal, lakin çox yayılmayan variantı ingilis modelidir ki, burada parlament müxalifəti konstitusiya ilə təsbit edilmiş nəzarət, tənqid və alternativ funksiyalara malik olur.

Əks variant totalitarizmdir - müxalifət istənilən vasitə ilə sıxışdırılır, nəticədə isə hakimiyyət dəyişikliyi yalnız inqilab, işğal, çevriliş, qiyam və ya liderin ölümü ilə mümkün olur.

Müxalifətin konstruktiv hissəsi ilə qarşılıqlı fəaliyyət onun bərabərhüquqlu müzakirələrə, o cümlədən dövlətin və cəmiyyətin qarşısında duran strateji məsələlərin həllinə buraxılması hakimiyyətin legitimliyini artırır, onu intellektual baxımdan zənginləşdirir, cəmiyyətin hakimiyyət üzərində nəzarətini tamamlayır və erkən mərhələdə hakimiyyət və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərdə potensial problemlərin aşkarlanmasına və onların vaxtında aradan qaldırılmasına imkan verir”, F. Əhmədov izah edir.

Ölkədə real müxalifətin olmaması birinci on il deyil ki, davam edir və sonda daha çox mənfi nəticələr doğurur, nəinki müsbət. Formal olaraq mövcud olan müxalifət ya hakim partiyanın filialıdır və belə olan vəziyyətdə alternativ xəttin inkişafına can atmır, ya da hakimiyyətlə sərt qarşıdurmadadır, eyni zamanda seçki perspektivləri yoxdur və daim hakimiyyətə təsir etmək üçün küçə üsullarına əl atır

Bununla yanaşı dini və siyasi baxımdan potensial təhlükə yaradan digər müxalifət kateqoriyası var.

Fərhad Əhmədov mühacirətdə olan siyasi müxalifəti də qeyd edir.

“Cib” müxalifəti formalaşdırmağın mənası yoxdur. Bir sıra MDB ölkələrinin təcrübəsi bunu sübut edir. Bir gün konstruktiv müxalifətin meydana çıxacağını gözləmək illər sürə bilər. Ona görə də F.Əhmədov yazını təklif etdiyi yol xəritəsi çərçivəsində atılmalı olan addımları sadalayaraq tamamlayır.

• Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən təyin etmək, rəhbərliyə yeni nəsil təyin etmək;

• rayon seçki komissiyalarının yenidən formalaşdırmaq;

• seçki qanununa yenidən baxmaq, onu yeni siyasi reallıqlara uyğunlaşdırmaq;

• seçkiləri proporsional seçki sistemi ilə keçirmək;

• yeni parlamentin strukturunun müxtəlif variantlarını nəzərdən keçirmək, o cümlədən profil komissiyalarının yenidən formalaşması da daxil olmaqla;

• namizədləri həm partiya, həm də fərdi siyahılar üzrə irəli sürmək (sonuncunun xeyrinə üstünlüklə);

- əhalinin 51% -dən çoxunun yaşadığı bölgələr ümumi daxili məhsulun 3% -dən çoxunu formalaşdırmır və potensial sosial partlayış mənbələridir. Rayonlarda problemləri dərindən bilən namizədlərin irəli sürülməsi bu tendensiyanın qismən yumşalmasına kömək edəcək;

• xarici diaspor nümayəndələrini öz təcrübə və lobbiçilik imkanlarından istifadə edərək tarixi vətənlərinin problemlərinin həllində iştiraka cəlb etmək (bununla əlaqədar seçkilər və vətəndaşlıq haqqında qanunların müvafiq müddəalarına dəyişiklik etmək);

• hakim YAP-ın keyfiyyətli rebrendinqini aparmaq, onun aparatını funksional şəkildə yenidən formatlaşdırmaq (rəhbərliyə müasir menecerlərin cəlb edilməsi ilə), kadr ballastını (Sov.İKP modeli üzrə kollektiv üzvlük) atmaq, cəmiyyətdə formal-plakat iş stilindən uzaqlaşmaq və s.(turan)

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar