Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Suriya və İraqa 1477 nəfər gedib

Onların 903 nəfərindən xəbər yoxdur...

“2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriyaİraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir”.

Bu barədə ”Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda qeyd edilib.

Hesabatda bildirib ki, şimal, cənub və şimal-qərb regionundan Suriyaİraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionunlarından olan “döyüşçülərin'” (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir: “Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər. Geri qayıtmış keçmiş ‘”döyüşçü'”lər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycannın səlahiyyətli orqanları tərəfindən təsdiq edilib və aidiyyəti riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda terrorçu Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb. DİN-in təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın) ölkəyə geri qayıdıb (əsasən, Sumqayıt, Qusar, BalakənZaqataladan)”.

Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.

Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ”Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb/Report.

pia.az


Etiket: Suriya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Ən çox oxunanalar