Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq

ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr Palatası tərəfindən hazırlanan ortaq mətnində Türkiyənin F-35 tipli döyüş təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən alınması nəzərdə tutulur...

“Hürriyyət” xəbər verir ki, sənədin Türkiyə ilə bağlı hissəsində Ankaranın F-35 təyyarələrinin alışına davam etməsi səbəbilə Türkiyəyə F-35 qırıcılarının təslim edilməməsi qeyd olunur.

Eyni zamanda, Türkiyəyə CAATSA qanunu çərçivəsində sanksiya tətbiq edilməsi gərəkdiyi ifadə edilir.

Büdcənin “Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasiya Proqramları” hissəsində Türkiyənin F-35 təyyarələri ilə bağlı bir detal yer alıb. Burada Türkiyə tərəfindən sifariş edilən təyyarələrin alışı üçün 440 milyon dollarlıq büdcə ayrılması nəzərdə tutulur.

“Konfrans üzvləri (Birləşmiş Ştatlar Konqresi Konfrans Komitəsi) Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləyir. Bu səbəbdən Müdafiə Nazirliyi Türkiyənin aldığı bütün F-35 təyyarələrinin geri alınmasını dəstəkləyir”, - büdcə hesabatında deyilib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ


loading...

Ən çox oxunanalar