Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edib

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Ölüm hökmü-ömürlük cəza” sənədli filminin təqdimat mərasimi keçirilib



Ombudsman Aparatının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında 10 dekabr Beynəlxalqİnsan Hüquqları Günümünasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirin əhəmiyyətindən bəhs edən Ombudsman Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmini, hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən cəza-icra siyasəti sahəsində kompleks siyasətin əsasının qoyulduğunu diqqətə çatdırıb. Ümummilli Liderin humanizm siyasəti nəticəsində 128 nəfər barəsində ölüm hökmünün icrasına moratorium qoyulmasının, daha sonra bu cəza növünün ləğv edilməsinin önəmindən bəhs olunub. Bildirilib ki, bu qərarlar insana və onun hüquqlarına verilən dəyərin göstəricisidir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri Ombudsman tərəfindən xüsusi diqqətə çatdırılıb.

Ombudsman hüquq pozmalarla bağlı səbəb və şəraitin öyrənilməsi, çəkindirici, preventiv tədbirlərin həyata keçirilməsi işinin genişləndirilməsini və bunun hər bir qurumun fəaliyyətində prioritet olmasını qeyd edib.

Ombudsman Səbinə Əliyeva çıxışının yekununda ictimai əhəmiyyət kəsb edən filmin hazırlanmasına dəstək vermiş hər kəsə təşəkkürünü bildirib, dövlət qurumlarını, vətəndaş cəmiyyəti təsisatlarını əməkdaşlığa dəvət edərək birgə görüləcək işlərin insan hüquqlarının etibarlı təmininə, ölkəmizdə həyata keçirilən islahatlara mühüm töhfə verəcəyini vurğulayıb.

pia.az


Etiket: Ombudsman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar