Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün dünyaya terroru NATO yayır.. - Şimal Alyansına hələ də ehtiyac varmı? 

Sırf NATO-nun müdaxilələrindən sonra terror daha çox ölkəyə yayıldı. Bəs NATO gücünü yenidən toplayıb terror təşkilatlarını ortadan qaldırıb səhvini düzəldəcək, yoxsa Makronun dediyi kimi artıq “beyni öldü?”..

Cibril Ubeydi

“The Independent” qəzeti, 9 dekabr 2019-cu il

NATO ittifaqının varlığı nə dərəcə faydalıdır? Beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməkdə nə qədər effektivdir? NATO keçmişdə olduğu kimi, bu gün də bəzi rejimlərə nəzarət etmək və ya İraq, Liviya və keçmiş Yuqoslaviyada olduğu kimi tək tərəfli bir mövqe ilə “xuliqanlıq” edən rejimləri devirmək üçün istifadə edilən bir vasitədirmi?

Açığı, NATO-nun müdaxilələri “Əl-Qaidə”, İŞİD və s. kimi bölgədəki insanları öldürən, işgəncələr verən terror təşkilatlarının yayılmasına yol açdı.

Demək olar ki, sırf NATO-nun müdaxilələrindən sonra terror daha çox ölkəyə yayıldı. Liviya bir terror yuvasına və hərbi düşərgəyə çevrildi. Bu terrorçular Liviyada əldə etdikləri bacarıqları Suriyadakı əsgərlərə ötürdülər.

Ərdoğanın Müdafiə naziri bir dəfə: “NATO İttifaqı daxilində İŞİD-ə qarşı mübarizə aparan yeganə ordu bizimkidir”, demişdi. Halbuki Fransa prezidenti Makronun etiraf etdiyi kimi hər kəs Ərdoğanın ordusu ilə Suriyaİraqdakı İŞİD-in arasındakı münasibəti bilir.

Makron məsələ ilə bağlı deyib:

“Türkiyəyə baxdıqda İŞİD-ə qarşı bizimlə birlikdə mübarizə aparanlara mane olduğunu, hətta bəzən İŞİD-ə bağlı olan qruplarla ortaqlıq etdiyini görürəm”.

Ərdoğan isə NATO-nu təhdid edərək bildirmişdi ki, əgər o, Türkiyənin Suriyanın şimalında apardığı müharibəni terrorla mübarizə kimi qəbul etməsə, o zaman NATO-nun Baltik dövlətlərini müdafiə planını veto edəcək.

Halbuki Suriya Demokratik Qüvvələri (SDG) sözügedən bölgəni İŞİD-dən təmizləmədən əvvəl təşkilat bir neçə il Ərdoğanın sərhədlərinə yaxın olan bu bölgəyə yerləşib və burada təhlükəsiz şəkildə yaşamışdı. Bu müddət ərzində Ərdoğanın ordusu təşkilata qarşı heç bir hərəkata girişməmiş və ya bu bölgəni terror təşkilatlarının yerləşdiyi bir bölgə olaraq görməmişdi.

Liviyadakı NATO bombardmanları milis qüvvələrinin Liviyada və ətrafında yayılmasını təmin etmişdi. Bu qüvvələr nəhəng silah anbarlarını ələ keçirərək müxtəlif cəbhələrə paylayıb. Əl-Cəzirə və başqa televiziya kanallarının “inqilabçı” adlandırdığı şəxslərin çoxu, xüsusilə “Liviya İslam Savaşçıları Camaatı” əslində “Əl-Qaidə” ilə bağlı idi.

NATO Liviyadakı bütün hava və dəniz bazalarını, hava müdafiə sistemlərini və donanmanı məhv edib. Bu da terror təşkilatlarına Qəddafi rejiminə aid silah anbarlarını ələ keçirmək, əsgərlərə paylamaq və beləliklə də, ölkənin hər yerinə xaos və terror yaymaq fürsəti verdi.

Bu təşkilatların başında Əl-Qaidəyə bağlı olan Əbdülhəkim Bilxaç və Xalid əl-Şərif liderliyindəki Liviya İslam Savaşçıları Camaatı, əl-Səllabi, ibn Xumeyd və əl-Üreybinin liderlik etdiyi Müsəlman Qardaşlar var. Bütün bu şəxslər terror törətməkdə təqsirləndirilərək beynəlxalq miqyasda axtarışa veriliblər.

İngiltərənin “The Guardian” qəzeti yazırdı: “İngilis, fransız və ABŞ əsgərləri üsyançıların inqilabçı olduğunu zənn edərək onlara logistik yardım göstəriblər”.

BMT İnsan Hüquqları Şurası da vurğulayıb ki, NATO-nun Liviyada törətdiyi cinayətlərin müddəti dolduğu üçün ləğv edilməyəcək. Əlavə edilib ki, on minlərlə Liviya vətəndaşının ölməsinə, yaralanmasına, 2 milyondan çox liviyalının torpaqlarından qaçmasına səbəb olan bombardmanlar haqqında mütləq hüquqi prosedur başladılmalıdır. NATO bu bombardmanları sivilləri Qəddafinin hərbi qüvvələrindən qorumaq bəhanəsi ilə həyata keçirmişdi. Amma özü minyonlarla insanın həyatını itirməsinə, yaralanmasına, evini tərk etməsinə və köçməsinə səbəb oldu.

Xalqlar bunu unutmayacaq. Həmçinin, Liviya xalqı da. Xüsusilə də NATO-nun zəiflədilmiş urandan ibarət raketlərdən istifadə etməsini və bunun Liviyanın hər yerinə xərçəng xəstəliyi yaymasını unutmayacaq. Eyni şey İraqda da baş vermişdi.

Liviyada terror böyüməyə və yayılmağa davam edir. Sözügedən hücumlar və bombardmanlar da onu yavaşlatmadı. Əksinə, daha da güclənməsinə və şiddətlənməsinə səbəb oldu. Liviyada Avropanı hədəf alan terror təşkilatlarının istədiyi kimi davrandığını görən NATO hələ də etdiyi şeylərə görə təəccüblənməyə davam edir.

Bəs NATO gücünü yenidən toplayıb bu terror təşkilatlarını ortadan qaldırıb səhvini düzəldəcək, yoxsa Makronun dediyi kimi artıq “beyni öldü?”

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar