Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin-Zelenski görüşü: Donbass probleminin həlli ölü nəqtədən çıxdı?

Putin-Zelenski görüşünün təfərrüatları...

Politoloq: “Zelenskiylə Putinin görüşündə yeni heç nə olmadı. Bu görüşün də Poronşenko ilə keçirilən görüşlərdən fərqi olmadı”.

Həmişə olduğu kimi bu dəfə də Avropa ancaq poz verdi. “Normand dördlüyü” Ukraynaya görə Rusiya ilə savaşan deyillər. Bu əvvəlcədən bəlli məsələ idi. Ukrayna isə öz problemlərini həll etmək qüdrətində deyil”.

Bu sözləri politoloq Əhəd Məmmədli Putin-Zelenski görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimr Zelenski ilə ilk dəfə bazar ertəsi günü Parisdə Ukraynanın şərqində sülhün bərqərar olunması üçün səylərin artırılmasına yönəlmiş sammit çərçivəsində görüşüb. Bu sammit dörd liderin 2016-cı ildən bəri "Normandiya formatı"ndan sonra bir araya gəldiyi ilk görüş idi.

Zelenski və Putin Fransa və Almaniya liderləri ilə birlikdə 2014-cü ildən bəri 13 mindən çox insanın ölümünə səbəb olan qarşıdurmaya son qoymaq üçün yenidən səy göstərib.

Bir çox ukraynalı Rusiya ilə güzəştə getməkdən narahatdır. Onlar Putini keçmiş Sovet respublikasına Kremlin təsirini bərpa etməyə çalışan və Ukraynanın Avropa ilə daha yaxın əlaqələr səylərini pozmaq istəyən təcavüzkar kimi görürlər.

Ukrayna rəsmiləri bildirib ki, Kiyev Donbass bölgəsində davamlı atəşkəs, bütün məhbusların mübadiləsini və bütün qanunsuz silahlı qüvvələrin Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarəti altında olan bölgələrdən çıxarılması üçün vaxtın müəyyən edilməsini istəyir.

Bəs demək olarmı ki, Donbass probleminin həlli ölü nəqtədən çıxdı? Putin və Zelensinin bu problemi həll etmək üçün siyasi iradə nümayiş etdirə biləcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Köhnə kart kəşfiyatçı Putin incəsənət adamı olan Zelinskinin qarşısında əlbəttə ki, çox avantajlı idi”.

Zelenskinin cəbhə xəttindən qoşunların çəkilməsi haqqında təklifi yerinə yetirilsə belə, yenə də heç nəyin dəyişməyəcəyini proqnoz edən politoloq PİA.az-a əlavə edib ki, işğal altında olan ərazilər işğal altında da da qalacaq. Bu danışıqların da Rusiyadandaha çox Ukraynaya ziyanı var:

“Əvvəla onu qeyd edim ki, Zelenskiylə Putinin görüşündə yeni heç nə olmadı. Bu görüşün də Poronşenko ilə keçirilən görüşlərdən fərqi olmadı. Bir sözlə görüş haqqında olan gözləntilər özünü doğrultmadı.

Mən əvvəlcə də demişdim ki, Zelenski kapitulyasiya tipli razılaşmaya imza atmayacaq. Çünki bu qərar Qərbi Ukraynada millətçilər tərəfindən etirazla, Kiyevdə mitinqlə qarşılanmışdı. Düzdü bu etirazlarda o qədər də çox insan iştirak etmirdi. Amma yenə də bu bir etiraz idi.

Əhəd Məmmədli: “Ukraynanın bir ümidi var. Bu ümid də ya Rusiyanın zəifləməsi, ya da dağılmasıdır ki, heç olmaya yenidən Dombası qaytara bilsinlər”.

Köhnə kart kəşfiyatçı Putin isə incəsənət adamı olan Zelenskinin qarşısında əlbəttə ki, çox avantajlı idi. Sadəcə olaraq görüş oldu və bitdi. Rusiya o əraziləri tərk etmədi və etməyəcəkdə. Zelenskinin cəbhə xəttindən qoşunların çəkilməsi haqqında təklifi yerinə yetirilsə belə, yenə də heç nə dəyişməyəcək. İşğal altında olan ərazilər işğalda da qalacaq. Bu təklifin də daha çox Ukraynaya ziyanı var nəyinki Rusiyaya.

Həmişə olduğu kimi bu dəfə də Avropa ancaq poz verdi. “Normand dördlüyü” Ukraynaya görə Rusiya ilə savaşan deyillər. Bu əvvəlcədən bəlli məsələ idi. Ukrayna isə öz problemlərini həll etmək qüdrətində deyil. Çünki Ukrayna Rusiyadan zəif dövlətdir. Ukraynanın bir ümidi var. Bu ümid də ya Rusiyanın zəifləməsi, ya da dağılmasıdır ki, heç olmaya yenidən Dombassı qaytara bilsinlər”.

Nərminə UMUDLU

pia.az

 


Etiket: Putin Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar