Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Səməd Qurbanov: "Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb"

Azərbaycan – Rusiya və Rusiya – Azərbaycan işgüzar şuralarının əməkdaşlığı çərçivəsində turizm alyansı yaradılıb...

Bu barədə AzərbaycanRusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərəcək yeni alyansa “PAŞA Travel” şirkətinin icraçı direktoru Anar Rəhmanov başçılıq edəcək.

S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

“Bu il AzərbaycanRusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.

Onun sözlərinə görə, həmçinin AzərbaycanRusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək/Report.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar