Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Naxçıvanda Parlament buraxılmayıb” – Daimi Nümayəndəlikdən qəribə açıqlama

"Naxçıvanda parlament buraxılmayıb"...

Bu qəribə açıqlamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov verib.

Onun “Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib” (!) qeydi ilə paylaşılan açıqlamasında bildirilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Prezidentin müvafiq sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə eyni günə ona görə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin”.

"Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib", - deyə Bəxtiyar Əsgərov vurğulayıb.

Bəxtiyar Əsgərovun açıqlaması ilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sözügedən sərəncamı arasında bəzi ziddiyyətlər var. Əgər parlamentə növbədənkənar seçkilər təyin olunursa, bu, avtomatik hazırki heyətin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir. O zaman Naxçıvan parlamentinin buraxılmaması barədə bəyanat nə anlamına gəlir? Belə çıxır ki, Naxçıvan MR Ali Məclisinə seçkilər keçiriləcək, amma yeni seçilən deputatların səlahiyyət müddəti gələn ilin noyabrından başlayacaq?

Ola bilsin, Daimi Nümayəndəliyin rəhbəri bu açıqlama ilə parlamentdə mütləq çoxluğun növbədənkənar seçkilərlə bağlı hər hansı mövqe ifadə etmədiyinə işarə vurub. Doğrudan da Naxçıvan Ali Məclisində Azərbaycan parlamentinini buraxılması proseduru təkrarlanmayıb. Ümumiyyətlə, bununla bağlı Məclisin iclası çağırılmayıb, Prezidentin müvafiq sərəncamına münasibət ifadə olunmayıb. Vasif Talıbov Prezidentin sərəncamına istinadla, seçkilərin yenilənməsi ilə bağlı sərəncam verməklə kifayətlənib.

B.Əsgərovun açıqlamağı zəruri hesab etdiyi bəyanatda Naxçıvan parlamentinin yeni tərkibinin necə olacağı barədə də müəyyən işarələr var. Belə ki, açıqlamada Ali Məclisin yalnız seçki qrafiklərində fərqlərin yaranmaması üçün növbədənkənar seçkilərin təyin olunduğu qeyd olunur. Yəni, dolayısıyla tərkibin dəyişməsinə zərurət olmadığı vurğulanır. Hər halda B.Əsgərovun ictimaiyyətə duyurduğu mesajdan belə nəticə çıxarmaq olar...(AzPolitika.info)

pia.az


Etiket: Naxçıvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar