Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatına sərmayə yatırın

Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti iki ölkənin iqtisadi və siyasi əlaqələri üçün mühüm əhəmiyyət daşıyır...

Bunu Şuranın Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əldə etdiyimiz nəticələr üzərində çalışırıq. Həmin nəticələr də Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin, bütövlükdə iqtisadi və siyasi əlaqələrin sürətlə artdığını göstərir. Həm Şuranın, həm də onun işgüzar tərəfdaşlarının fəaliyyətinə hər cür dəstək verməyə hazırıq”, - deyən nazir Şura qarşısındakı problemlərdən xəbərdar olmaq istədiklərini də qeyd edib.

“Bu problemlər həm təbii, həm də süni ola bilər. Onları birlikdə həll etməyə hazırıq. Mən sizi və sizin işgüzar tərəfdaşlarınızı Azərbaycan iqtisadiyyatına fəal şəkildə, cəsarətlə sərmayə yatırmağa çağırıram. Çünki Azərbaycan hökuməti sizi sözdə yox, əməldə dəstəkləyəcək”, - M.Cabbarov bildirib.

Nazir Şuranın fəaliyyətini şaxələndirməyin də əhəmiyyətini vurğulayıb: “İlk növbədə, bu, Şuranın əhatə etdiyi bazarların coğrafiyasına aiddir. Rusiya bazarında uğurla çalışırsınızsa, deməli, başqa bazarlarda da uğur qazana bilərsiniz. Həmçinin malların da çeşidi genişləndirilməlidir. Bu gün Azərbaycan mallardan çox xidmətlər ixrac edir”.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar