Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elektron növbə al,sərhəddə gözləmə!"- DGK-dan açıqlama - Video

Bu şəsxlər gömrükdə növbəyə durmadan keçir...

Gömrük sərhəddindən keçmək üçün saatlarla növbədə gözləməyə ehtiyac qalmayacaq. Dövlət Gömrük Komitəsinin (DGK) istifadəyə verdiyi elektron növbə xidməti ilə vətəndaşlar öncədən növbə götürə və vaxtında keçidə yaxınlaşaraq gözləmədən sərhədi keçə bilərlər. Elektron növbə götür, vaxtında sərhəddə ol və növbəyə durmadan keç...

PİA.az xəbər verir ki, DGK yeni istifadəyə verdiyi elektron növbə layihəsi ilə sərhəd keçid məntəqələrindən keçidi asanlaşdırıb.

Komitənin layihələrin idarə olunması şöbəsinin inspektoru Tuncay Əlibəyli “Xəzər Xəbər”ə açıqlama verərək bildirib ki, xidmətdən istifadə etmək üçün internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçmək kifayətdir.

Qurumun rəsmisi bildirir ki, vətəndaşlar kompüterlə yanaşı mobil telefonlarından proqramlar olan bazaya daxil olmaqla ingilis dilində "smart customs" xidmətini seçə və yükləyərək dərhal istifadə edə bilərlər. Vətəndaş əgər vaxtında sərhəd-keçid məntəqəsində olsa, onun üçün sərhədi keçmək çox asan olacaq.

"Gömrük nəzarəti xətti"ndə növbəyə duraraq mobil telefona göndərilən qeydiyyat kodunu gömrük xidməti üzrə "bir pəncərə"yə təqdim etmək lazımdır. Pasport qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidi təmin olunacaq. "E-növbə" xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir. Onu da qeyd edək ki, sistem dekabr ayının 1-dən etibarən artıq istifadədir.

pia.az


Etiket: DGK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar