Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin yekunlarına münasibət bildirib...

H. Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam edir.

H. Hacıyev qeyd edib ki, ancaq Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir: “Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir. Jurnalistlərin qarşılıqlı səfərlərinə gəldikdə, erməni jurnalistlərin Azərbaycana səfər edərək, öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir. Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. AzərbaycanErmənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar