Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakılift"də milyonluq mənimsəmə

Baklift-2” İxtisaslaşmış İstehsalat Birliyinin keçmiş rəhbəri, həbsdə olan Ruslan Dilanovun məhkəməsi başlayıb..

Ruslan Dianov liftlərin dəyişdirilməsi, təmiri məqsədilə ayrılan 1.8 milyon manat vəsaiti mənimsəməkdə, materialları satmaqda ittiham olunur. 

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadı etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilir.

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. 

İttihama əsasən, 2013-2015-ci illərdə 71 liftin yenidən quraşdırılması və təmiri üçün ayrılan 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib. Həmçinin yeni liftlərin quraşdırılması, təmiri məqsədilə idarəyə verilən mal-materiallar satılıb. Lakin sənədlərdə onların təyinatı üzrə istifadə olunduğu göstərilib.

Ruslan Dilanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bu üzdən məhkəmə zərərçəkmiş tərəfi, şahidləri dindirəndən sonra Ruslan Dilanovun ifadəsini dinləmək barədə qərar qəbul edib.

Bu iş üzrə zərərçəkmiş qismində "Baklift” tanınıb.

pia.az


Etiket: Bakı.lift


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar