Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Hansı məhsulların qiymətində dəyişiklik var?...

Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 faiz, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz olub.

2019-cu ilin noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2019-cu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar