Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubunu qəbul edib...
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qollar: Sabir Buqren (63-cü dəqiqə), Qeye (90+1 dəqiqə).
Beləliklə, bu oyundan sonra "Qarabağ" xalını 5-ə çatdırıb və qrup mərhələsini üçüncü yerdə başa vurub. "Düdelanj" isə 4 xalla sonuncu yerdə qalıb.
pia.az