Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 manat nizamnamə kapitalı olan Qazaxın "tender kralı" Azərtrans...

20 manat nizamnamə kapitalı ilə 1 milyon 300 minə icra hakimiyyəti binasının təmiri, 800 minə abadlıq işləri…

Təəssüf ki, Azərbaycanda çox zaman böyük miqyaslı tenderlərin və dövlət satınalmalarının cəmiyyət üçün tanış olmayan, müəmmalı şirkətlər tərəfindən qazanılması adi hala çevrilib. Adətən belə şirkətlərin çoxu ilə internet üzərindən əlaqə yaratmaq, yaxud hansısa formada fəaliyyəti barədə ətraflı məlumat almaq mümkünsüz olur. Yalnız mətbuatda dərc edilən məlumatlardan aydın olur ki, hansısa “X” şirkəti hansısa dövlət qurumunun növbəti dəfə milyonluq tenderinin qalibi olub, vəssalam…

“AzPolitika.info” xəbər verir ki, bu ilin yanvar-dekabr aylarında Qazax rayonunda dövlət qurumları tərəfindən keçirilən tenderlərin nəticələri məlum olub. Müvafiq qurumlar tərəfindən ümumi məbləği 3 milyon 246 min 123 manat olan 29 tender keçirilib. Məlumatda diqqət cəlb edən məqamlardan biri iri məbləğli üç tenderin qalibinin bir şirkət – “Azərtranss” MMC olmasıdır. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791.158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669.467 manat və yolların təmir işləri üçünsə 530.040 manatlıq tenderlərin qalibi olub. Bu, üst-üstə 1 milyon 990 min manat, yəni az qala 2 milyon manat deməkdir.

Maraqlıdır ki, həmin bu şirkət qısa müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyətinin də tenderlərini udub. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün avqust ayında "Azərtranss"-la 933 min 623.8 manatlıq müqavilə bağlanıb. Bunun üzərindən 3 ay keçməmiş həmin şirkətlə yenə sözügedən icra hakimiyyəti binasının təmirilə bağlı daha bir – 288.215 manatlıq müqavilə imzalanıb. Bu da üst-üstə 1 milyon 300 min manata yaxın vəsait deməkdir. Hansı ki, bu vəsaitlə nəinki bir tikilini təmir etmək, bəlkə də iki normal icra hakimiyyəti binası tikmək olar…

"Azərtranss"-ın adı bunlarla yanaşı Meliorasiya və Su Təsərrüfatı ASC-dən tutmuş "Azəristiliktəchizat" ASC-yə qədər bir çox qurumların iri, milyonluq dövlət satınalmalarında da keçir. Məsələn, şirkət bu il təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin qalibi olub. Lakin bu şirkətlə bağlı əldə edə bildiyimiz məlumat yalnız odur ki, “Azərtranss” MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi, qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.

Əlbəttə ki, belə bir şirkətin eyni zamanda bir neçə rayonda milyonlarla dəyəri olan böyük layihələri həyata keçirə bilməsi, iri həcmli işlər görməsi fiziki cəhətdən kifayət qədər müəmmalı görünür. Digər tərəfdən, müxtəlif dövlət qurumlarının hansı xüsusiyyətlərinə görə məhz bu şirkətə üstünlük verdikləri də maraq doğuran məsələlərdəndir...

Ümumiyyətlə, tenderlər və dövlət satınalmaları sahəsindəki vəziyyət göstərir ki, Azərbaycanda inhisarçılığın və məmur oliqarxiyasının qarşısının alınması, eləcə də büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə nail olunması üçün hələ çox işlər görülməlidir...

pia.az


Etiket: tender Qazax


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar