Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik diktatorları bəsləyən cəmiyyətlər...

Müasir siyasət tarixi daha çox diktatorların rəsmi paradına bənzəyir. Onların yüksəlişi də, çöküşü də kütlələrin emosional dünyasına dərindən təsir göstərir...

Süleyman Seyfi Öğün

“Yeni Şafak” qəzeti, Türkiyə, 12 dekabr 2019-cu il

Uzaqdan baxdıqda siyasi tarixin facilərlə dolu olduğunu görmək olar. Ağla ilk gələn şəxs də Qəddafi olur. Bir çevrilişlə Liviyanın idarəsini ələ keçirən Qəddafi illərlə “tək lider” kimi ölkəsinin mütləq hakimi olmuşdu. İz buraxmadan yox olub gedən saysız müxalif bir tərəfə, çox yaxında olduğu halda, bir anda “yox edilən”lər də az deyildi. Tipik bir diktatorun karyerası eynilə belə olur.

Digər tərəfdən, Qəddafi ərəb milliyətçisi olan bir populist idi. Milli sərvətin yenidən bölüşdürülməsini dəstəkləmiş və liviyalıların rifahı üçün bir çox siyasət aparmışdı. Amma sonunda devrildi və vəhşicəsinə qətlə yetirildi. Ölərkən: “Mən sizin atanızam. Sizə nə etmişəm ki?”, deyirdi.

Bir çox insan düşünür ki, onu qətlə yetirənlər dünən onun qarşısında əyilən insanlar idi. Bəs onda Qəddafini alqışlayan kütlələr hardaydı? Niyə liderlərini xilas etmək üçün mübarizə aparmadılar?

Atamın dediyi bu sözləri heç vaxt unutmuram: “Böyük diktatorlardan daha təhlükəli insanlar kiçik diktatorlardır. Böyük diktatorlar tək olurlar, devirib xilas ola bilərsən. Amma kiçik diktatorların sayı və harada olduqları bəlli deyil. Üstəlik, olduqca sürətlə törəyirlər. Onlardan xilas olmaq, demək olar ki, mümkün deyil”.

Təbii ki, praktiki olaraq da kiçik diktatorları görmək mümkündür. Hədsiz nadanlıqları ilə bürokratik dünyanın balaca masalarında onları tez-tez görmək olar. Bu, elə bir sistemdir ki, yuxarıya çıxdıqca işlər asanlaşır, amma aşağıya düşdükcə vəziyyət qəribə şəkildə pisləşir. Əsəbləşir, qışqırır, insanları danlayır və nifrətləri ilə işləri çətinləşdirirlər. Amma bir ideologiya yoldaşını ya da həmyerlisini görsələr, o soyuq adamdan əsər-əlamət qalmır.

Digər bir maraqlı fakt da odur ki, bu cür kiçik diktatorların hakim olduğu kütlələr çox qəribə şəkildə səbrli olurlar. Hətta arada bu bürokratik zülmə üsyan edənlər olsa da, onu basdıran və susduran da yenə bu kütlə olur. Hətta üsyanları basdıraraq bu kiçik diktatorların gözündə yüksəlməyə çalışan fürsətcillər də az deyil. 

Bu cür vəziyyət məlum olduğu kimi iqtidarla əlaqəlidir. Lakin əsas məsələ iqtidarın fərdi ölçüsüdür. Nəzərə almaq lazımdır ki, iqtidar münasibətləri iyerarxik kodlarla iqtidarın necə paylaşıldığını bizə göstərir. İqtidardan istifadə etməyin ən ağır yolu olan diktatorluq fərdi olaraq yox, çoxluq şəkilində diktatorlardan ibarət bir ictimai şəbəkəni ifadə edir.

Amma ən bərbad məsələ isə adsız diktatorların demokratiyalarda da ortaya çıxmasıdır. Yəni onlar mütləq bir diktatorun bayrağı altında ortaya çıxmırlar. Əksinə ən demokratik cəmiyyətlərdə belə onlara rast gəlmək mümkündür. Ölkəni bərabərlik içində yox, ayrı-seçkiliklə və öz keflərinə görə idarə edirlər. Bunu da o qədər incəliklə edirlər ki, səhv tutmaq da olmur. 

İllər əvvəl çox mədəni olduğu ilə öyünən bir ölkənin gömrüyündə heç bir səbəb göstərilmədən 2 saat ayaq üstdə gözlədildim. Amma avropalıları gülərüzlə, zarafatlarla qarşılayan bir işçi növbə mənə gəldikdə pasportumu görüb, sanki, dəhşətə gəlmişdi. Sərt bir şəkildə məni kənara çıxarmışdı. Təxminən 2 saat üzümə belə baxmadı. Nəhayət, lütf edib heç bir söz demədən və üzündə buz kimi bir ifadə ilə pasportuma möhür vurmuşdu.

Məncə, hüquq sistemi normal şəkildə işləyən cəmiyyətlər böyük diktatorlara yer verməyən, kiçik diktatorlardan da hesab soruşan quruluşlardır. 

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar