Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda məişət zorakılığına dair Memorandum imzalanıb

Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair Memorandum imzalanıb...

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma Memorandumu imzalanıb.

PİA.az-ın məlumatına görə, Memorandum məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Sənədi imzalamaqla tərəflər Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi, eləcə də hüquqi nümayəndəliyin təşkili, vəkillərin ixtisaslaşdırılması, Vəkillər Kollegiyası ilə yerli yardım mərkəzləri arasında əməkdaşlıq və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsi üçün səyləri gücləndirəcəklər.

Sənədə əsasən, tərəflər AQUPDK nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə Kollegiyanın potensialı daxilində hüquqi dəstəyin verilməsi, zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu şəxslərə hüquqi yardımın göstərilməsi və qanuni nümayəndəlik xidmətləri üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının hazırlanması və keçirilməsi və bir sıra digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, memorandumu AQUPDK sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəlinin rəhbəri Qulam İshaqzai imzalayıblar. Təşəbbüs bu həftə başa çatmış qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyasının icrası çərçivəsində irəli sürülüb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar