Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əbülfəs Qarayev Almaniya səfiri ilə görüşüb

Dekabrın 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib...

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Ə.Qarayev Azərbaycan və Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Ə.Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.

Səfir V.Maniq Almaniya-Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasını təklif edib. Diplomat bu əməkdaşlığın Almaniya və Azərbaycan arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əminliyini bildirib.

Görüşdə qeyd olunan təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar