Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Senatının “soyqırımı” layihəsi: iğtişaşın, savaşın dəstəklənməsi

ABŞ Senatı "qondarma erməni soyqırımı"nı qəbul edib...

Müasir dünyanın nizamı elə qurulub ki, böyük dövlətlər hədəflərinə çatmaq üçün kiçik ölkələrdən çox bəsit üsullarla sui-istifadə edə bilirlər. ABŞ Konqresinin Yuxarı Palatasının (Senat) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qanun layihəsinə də bu aspektdən yanaşmaq lazımdır. Bu layihə oktyabrın 29-da Konqresinin Nümayəndələr Palatasından (Aşağı Palata) keçmişdi.

Layihə Yuxarı Palataya Demokratlar Partiyasının üzvü, Nyu-Cersinin senatoru Bob Menendez və Respublikaçılar Partiyasından olan Texas senatoru Ted Kruz tərəfindən təqdim olunub. Qanun laayihəsi imzalanması üçün ABŞ prezidenti Donald Trampa göndərilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatında bir neçə dəfə "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin müzakirəsinə veto qoyulmuşdu.

ABŞ-ın Türkiyədəki səfirliyi qətnamə ilə bağlı açıqlama yayıb. Səfirlikdən bildirilib ki, Ağ evin məsələ ilə bağlı mövqeyi dəyişməyib: “Bizim mövqeyimiz aprelin 24-də prezidentin açıqlamasında vurğulanıb”.

Bəs səfirliyin istinad etdiyi çıxışda ABŞ-ın dövlət başçısı nə demişdi? Prezident D.Tramp 1915-ci il aprelin 24-də baş verənləri “böyük fəlakət” adlandırıb. O, "soyqırım" ifadəsi işlətməyib. D.Tramp açıqlamasında həmin günləri “Meds Yeghern” (“Böyük fəlakət”) kimi qiymətləndirib.

Türkiyənin Xarici İşlər Naziriliyinin açıqlamasında vurğulanıb ki, ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qanun laayihəsi hüquqi cəhətdən əsassızdır və Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıyır: “ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün göstərilən sarsıdıcı cəhddir. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq qətiyyətlə davam edəcək”.

ABŞ Senatı Türkiyəyə qarşı bu addımı niyə atıb?

Ankarada bir-birini əvəz edən hakimiyyətlər uzun illərdir terrora qarşı ölkə daxilində və xaricində mübarizə aparır. Bununla Türkiyənin ərazi bütövlüyü və suveren hüquqlarının pozulmasının qarşısını alır. Bu qətnamənin qəbul edilməsi səbəblərindən biri kimi Rusiya ilə əməkdaşlıq görülür. Ancaq NATO üzvü olan Türkiyənin hava hücumundan müdafiə sistemi yox idi. Deməli, alyansın hava məkanı bu ölkə ərazisində müdafiəsiz qalmışdı. NATO isə verdiyi “Patriot”ları icarə müddəti bitər-bitməz Türkiyədən apardı. Rəsmi Ankara vəziyyətdən çıxış yolunu Rusiyadan “S-400” almaqda gördü və bunu həyata keçirir. Ona görə də hesab etmək olar ki, Senat rəsmi Ankaradan hayıfını bu yolla çıxmağa çalışır.

Türkiyə ABŞ və başqa müttəfiqləri ilə birlikdə terrorçu İŞİD-ə qarşı mübarizə aparıb, bu qruplaşmanın fəaliyyəti nəticəsində evlərindən didərgin düşən 3,5 milyon qaçqını da qəbul edib (Suriya qaçqınları). Rəsmi Ankara Türkiyənin ərazi bütövlüyünü pozmağa çalışan, bu istiqamətdə hər cür yola əl atan terrorçu PKK/YPG-PYD-yə qarşı mübarizə aparıb. ABŞ isə həmin terrorçuları silahlandırıb. Senat indiyədək Suriyaİraqa göndərilən silahlarla bağlı məsələni bir dəfə müzakirə belə etməyib. Türkiyə Suriyaİraqın ərazi bütövlüyünü dəstəkləyir. Bu yöndə regional dövlətlərlə əməkdaşlıq edir. Rusiya ilə birlikdə regionla itisadi layihələri reallaşdırır və sairə.

Senatın davranışından belə çıxır ki, Türkiyə öz ərazi bütövlüyün qorumamalı imiş. Ərazi bütövlüyünü qoruduğu üçün ona qarşı “erməni soyqırımı” adlı alətdən istifadə edilib. “Erməni kartı” 100 ildən artıqdır ki, Türkiyə və Azərbaycana qarşı güclər tərəfindən istifadə edilən alətdir. ABŞ senatı kimi başqaları da bu etnosu əlində oyuncaq edərək bölgədə sabitliyin pozulmasına təkan verir.

“Ermənilik” bu pozuculuqda başlıca rol oynayır. Bu qondarma ideyanın daşıyıcıları olan ermənilər türklərlə düşmənçilik edir. Başqa sözlə, ermənilik türkə qarşı müharibə aparır, terror edir, torpaqları ələ keçirir, dinc insanları soyqırıma məruz qoyur.

Senatdakılar və onlara bənzər qüvvələri adıçəkilən etnik qrupun sadaladığımız və toxunmadığımız pis əməlləri törətməsinə yardım edirlər.

Onda belə çıxır ki, Yuxarı Palata erməni-türk qarşıdurmasının yaranmasında maraqlıdır. Ermənilərin türklərlə barış içində yaşamasını istəmir. Bu isə Senatın millətlərarası ədavəti qızışdırması deməkdir. Bu baxımdan Yuxarı Palata ermənilərin qondarma tarixini, erməniçiliyi və onun ideyasını dəstəkləyib. Erməniçiliyin müəllfilərindən biri Hitler faşistlərinin əlaltısı olmuş Qaregen Njdedir. Bu isə Senatın faşizm ideyalarının yayılmasına yardım etməsi deməkdir. Həmin faşist ideyasından ermənilər hələ də əziyyət çəkir.

ABŞ Senatının addımı erməni məsələsinin bütövlükdə qondarma olduğunu təsdiqləyir. Ötən əsrdə Birinci dünya müharibəsindən sonra heç bir əsası olmadan Ermənistanın yaradılmasının məqsədi indi daha aydın görünür. Güclər Ermənistanı həm də ona görə qurub dəstəkləyirlər ki, ondan alət kimi Türkiyəyə qarşı istifadə etsinlər. Çünki Türkiyə Osmanlının yerində qurulan demokratik dövlətdir. Belə bir dövlətin varlığı isə ABŞ Senatına bənzərlərin işinə yaramır.

Bu baxımdan Senatın bu qətnaməsini ermənilərin, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın qələbə kimi qeyd etməsi çox gülünc görünür. Nə Senat, nə ona oxşar başqa qurumlar Türkiyənin şərq və şimal-şərqini tanımır. Onları heç Ermənistan əhalisinin 40 ildir 3 milyonu aşa bilməməsi, bu ölkə əhalisinin humanitar yardımlar hesabına yaşadığı maraqlandırmır. Deməli, heç “soyqırım” da onların vecinə deyil. Bunlar erməniləri qonşuları ilə üz-üzə qoyurlar. Axı, bu düşmənçilikdə nə bu layihələrin müəllifləri, nə ona səs verənlər ziyan çəkməyəcək. Bu qətnamə ermənilərin ziyanına olacaq. Onlara etibar edilməyəcək...

Beləliklə, ABŞ Senatı Türkiyəyə qarşı deyil, ermənilərə qarşı sənədə səs verib. Bununla da Senat bölgədə sülhü, əməkdaşlığı, təhlükəsizliyinin təmin edilməsini deyil, iğtişaşı, savaşı dəstəkləyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar