Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gömrük Komitəsi özü haqqında mənfi fikir formalaşdıran bir qurumdur"- Nazim Bəydəmirli

"Gömrük Komitəsi neomonopolist sistem qurub"...

"Gömrük Komitəsi daha çox regionçuluğa bağlı olan, daha çox korrupsiyaya bulaşan, özü haqqında daha çox mənfi fikir formalaşdıran bir qurumdur”.

PİA.az xəbər verir ki, bu fikirləri "Yenicag.az"-ın “Müzakirə vaxtı” verilişinin qonağı olan keçmiş millət vəkili Nazim Bəydəmirli Gömrük Komitəsinin fəaliyyətini qiymətləndirərkən deyib.

Nazim Bəydəmirli bildirib ki, Gömrük Komitəsinin qurduğu neomonopolist sisteminin necə işləməsinin şəxsən şahididir:

“Sahibkarlığın əsas mahiyyəti ondan ibarətdir ki, daha çox qazansın, daha çox vergi ödəsin. Əgər Azərbaycanda şəffaf vergi sistemi qurulubsa – fakt qurulub – vətəndaş malı idxal edərkən çox vəsait ödəyirsə, istənilən halda bu vəsaiti malın maya dəyərinin üstünə gələcək.

İki şirkət götürək, tutaq ki onlardan biri neomonopolistlərindir, o şirkət həmin malı bəyan etdiyi qiymətlə rəsmiləşdirir, ikincisi isə qanunsuz olaraq, öz bildiyi qiyməti tətbiq edir. Belə olduqda, malın satışında problemlər yaranır”.

Keçmiş millət vəkili Gömrük Komitəsinin proqnoz göstəricilərindəki artımın uğur kimi təqdim olunması haqda bunları deyib:

“Proqnoz göstəricilərinin artması həm də ölkənin idxaldan asılılığının göstəricisidir. Bu, həm də əvvəlki illərdə dövlət büdcəsindən vəsaitlərin yayındırılmasının sübutudur. Dövlət büdcəsindən ildə 5-6 milyard manat yayındırılıb.

Gömrük sistemi bütün dünyada olduğu kimi, vergi sisteminin tərkibinə qatılmalıdır. Gömrük Komitəsinin topladığı rüsumların, proqnozların sırf 77 faizi vergidir”.

pia.az


Etiket: DGK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar