Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İsa Qəmbərin oğlu deputatlığa namizədliyini irəli sürdü

İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak edəcək...

Müsavat Partiyasının eks başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak edəcək.

PİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

T.Qəmbər bildirib ki, bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyinin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim edib: "Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm.

Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir. Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm.

Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar