Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi - "Səni heç vaxt bağışlamayacam”

İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir...

Türkiyə mediasının məlumatına görə, bu qətli yerinə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.

G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək, E.İsmayılovu “məcburən” öldürdüyünü iddia edib. O, cinayətinə haqq qazandırmaq üçün, E.İsmayılovdan borc aldığını da danıb. 4 milyon dollarlıq borc haqda sənədi ona “zorla imzalatdığını” bildirib.

G.Dəmirov E.İsmayılovun yanına gedərkən onu öldürmək istəmədiyini iddia etsə də, tapançanı niyə götürdüyünə aydınlıq gətirməyib. "Mən onun ofisinə gedərkən yolüstü evə baş çəkdim, hədiyyə verilmiş silahımı hər ehtimala qarşı yanımda götürdüm. Ofisə getdim, mənə söydüyü söyüşləri dilə gətirmək mümkün deyil. Ondan şikayət etsəm xeyri olmayacaqdı, heç kim mənə kömək etməyəcəkdi. Mənə “səni indi Gürpınara aparacaqlar” dedi... Birdən ayağa qalxdı, sağ əlini cibinə atdı. Mən də silahımı aldım. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi”, - Dəmirov ifadəsində deyib.

O, daha sonra Etimadın atası İlyas İsmayılovdan üzr istəyib: “Atası buradadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan çox üzr istəyirəm. İndi çox peşimanam, kaş bu hadisə baş verməməydi. Hadisədən sonra maşına minib sürücümlə Beşiktaşa getdim. Oğluma telefonla baş verənləri danışdım. Qaçmaq istəsəydim yarım saat ərzində İstanbuldan çıxardım, amma ailəm buradadır. Beşiktaşda bir kafedə oturduq. Barışa dedim sən ailəmin yanında ol, mən taksiyə minib təslim olmağa gedəcəyəm. Əgər əvvəlcədən öldürmək planım olsaydı xaricdən adam çağırıb öldürdərdim...”

İlyas İsmayılov isə ifadəsində təqsirləndirilən şəxsin onun oğlu haqda dediklərinin yalan olduğunu bildirib. “Mən türk ədalətinə inanıram. Oğlum onun danışdıqları kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst adam idi. Öz pulu ilə Somalidə uşaqlar üçün artezianlar qazdırmışdı. İmzaladığı müqavilələrdə yetimxanalara yardım haqda bənd qoyurdu. Əgər şübhəli məsələni əvvəlcədən mənə desəydi oğlumla danışardım, işi yoluna qoyardım. Mənim bir sözümü iki etməzdi. Səni heç vaxt bağışlamayacam”, - o qatilə üz tutaraq deyib.

Məhkəmə Gözəl Dəmirovun məhkəmə istintaqı müddətində sərbəst buraxılması haqda vəsadəti təmin etməyib, Barış Aslanın isə barəsində başqa yerə getməmək haqda iltizam alınıb.

Proses davam edir.

Xatırladaq ki, bu cinayət 2018-ci ilin sentyabrında İstanbulun Florya məhəlləsində baş verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar