"Atletiko" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir
PİA.az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"nin futbolçusu Markos Alonsonu icarə əsasında komandaya qatmaq istəyir. 28 yaşlı müdafiəçi ilə yanvar ayında müqavilə imzalamaq planlaşdırılır.
Qeyd edək ki, Alonso 2016-cı ildən "Çelsi"nin formasını geyinir.
pia.az