Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis əməkdaşları Cəlilabadda xüsusi əməliyyat keçirdi - Fotolar

Polis əməkdaşları Cəlilabadda xüsusi əməliyyat keçirib


Əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, hazırda Cəlilabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin  qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.       

Bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilib.

Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilmiş, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunub. 

Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirmiş, oradan “Kalaşnikov” markalı avtomat, içərisində                  12 ədəd patron olan daraq aşkar edilərək götürülüb. 

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus  “VAZ-2109” markalı avtomobili zorla alması da müəyyən edilib. 

Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır. 

T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.      

pia.az

Fotolar




Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar