Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Sifarişlidir?

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib

PİA.az bildirir ki, bu barədə yerli KİV-ə polkovnikin yaxınları məlumat veriblər.

Məlumata görə, yaşadığı Beylaqana qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirlər.

Polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb və həmin əməliyyat zamanı ağır yaralanıb.

Onu da qeyd edək ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.

15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdıb.

Qadir Vəlişov son vaxtlar Naxcıvanski adına Hərbi litseydə rəis müavini vəzifəsini tutub. Silahlı Qüvvələrdən 6 ay əvvəl tərxis olunub.(Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar