Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada yeni seçki dövrü –Putin komandasından niyə yeni inkişaf modeli  tələb edir? 

Rusiyada iqtisadi siyasət birbaşa seçki dövrləri ilə əlaqəlidir. Rusiya hökuməti üçün ən vacib 2021-2024-cü il seçkiləri də bu baxımdan istisna sayıla bilməz

Bu o deməkdir ki, 2020-2024-cü illər ərəfəsində qəbul edilən qərarların əksəriyyəti bu və ya digər şəkildə seçki məqsədləri, xəyalları və qorxuları ilə müəyyənləşəcək.

Bu barədə  icmalçılar Konstantin Qaaze və Aleksandra Prokopenko Karnegi Moskva Mərkəzi üçün yazıb.

Qarşıdan gələn dörd il ərzində hakimiyyəti çətin tapşırıq gözləyir: bir tərəfdən, mövcud qüvvələr balansını kəskin şəkildə pozmadan sabitliyini qorumalı, digər tərəfdən prezidentin may sərəncamında qeyd edilən milli məqsədləri yerinə yetirməlidir. Onlara nail olmaq üçün başqa iqtisadi inkişaf modelinə ehtiyac var. Dolayısıyla, iqtisadiyyat sahəsində siyasət də fərqli keyfiyyətdə olmalıdır.

Önümüzdəki illərdə dünya bazarlarında vəziyyətin yaxşılaşmasının Rusiya iqtisadiyyatının durğunluqdan çıxmasına kömək edəcəyinə ümid etmək olmaz. Əksinə, Mərkəzi Bankın maliyyə sabitliyi ilə bağlı son icmalında qeyd edildiyi kimi, əsas iqtisadi risklər kənardan daxil olur. Ticarət və geosiyasi gərginliyin kəskinləşməsi (ilk növbədə ABŞ və Çin arasında ticarət müharibəsi) qlobal iqtisadi artımın ləngiməsinə səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, artım tempi 2008-2009-cu il böhranından sonra ilk dəfə 3%-ə enə bilər.

Si Tsinpin (Xi Jinping) rejiminin möhkəmlənməyə davam etdiyi Çindən fərqli olaraq ABŞ prezident seçkiləri kampaniyasının aktiv mərhələsinə qədəm qoyur. Donald Tramp (Donald Trump) ikinci dəfə prezident seçilə bilər, ancaq buna zəmanət verilmir. Tramp administrasiyası qərarsız sənaye ştatlarının seçicilərinin maraqları daxilində nəinki Çin, eyni zamanda Avropa istiqamətində də ticarət müharibəsi aparır.

Məqalədə deyilir ki, ölkə daxilindəki vəziyyət də parlaq görünmür. Hökumətin iqtisadi siyasətdəki uğurları hələlik ritorika səviyyəsində qalır. Yaxınlaşan parlament seçkilərini nəzərə alsaq, qərar dəhlizi əhəmiyyətli dərəcədə daralır.

Kreml mediaya nəzarəti gücləndirməklə iqtisadi durğunluğun mənfi nəticələri ilə mübarizə aparmağa hazırlaşır. Sergey Kirienko blokundan administrasiya rəsmisi 2021-ci ildə qələbə strategiyasını belə müəyyənləşdirir: “Əgər nəzərə çarpan ilk istinadlar Navalnının ağıllı səsverməsinə olacaqsa, biz “Google”-a təsir edə bilməliyik, belə bir imkanımız olmalıdır”.

Prezidentin iqtisadi məsələlərdən özünü uzaqlaşdırması getdikcə daha aydın şəkil alır. Bu da xüsusi növ siyasətçilərə manevr imkanı yaradır. Onlar yeni iqtisadi siyasət formalaşdırmağa ümid edirlər. Ola bilsin, bu siyasəti həyata keçirməyə imkan verdilər. Bəxtləri gətirsə, həmin strategiyanı baş nazir, bəlkə də prezident postunda reallaşdıracaqlar (bir şərtlə ki, Putin 2024-cü ildə Kremli tərk etmək qərarına gəlsə).

Belə bir məntiq çərçivəsində iqtisadiyyat naziriMaksim Oreşkinin Mərkəzi Banka və Hesablama Palatasının rəhbəri Aleksey Kudrinə tənqidlə hücuma keçməsi, habelə Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kirienkonun isə sırf iqtisadi məsələlərə həsr edilmiş iclaslarda aktiv iştirak etməsinin səbəbi aydın olur.

Praqmatik Oreşkin sərhədləri dəqiq qeyd edir: iqtisadi siyasət güzəştlər, stimullar, subsidiyalar və beynəlxalq reytinqlər haqqındadır. Oreşkinin “məcmu tələbin idarə edilməsi” ilə bağlı növbəti təklifi Mərkəzi Bankın “hərəkət zolağına” çıxışdan daha çox öz iqtisadi kursunu təklif etmək cəhdidir. Bu siyasi kursda pullu hakimiyyət (Maliyyə Nazirliyi və Mərkəzi Bank) İqtisadi İnkişaf Nazirliyinin nəzarəti altında hərəkət edəcək.

Əgər Oreşkinin tranzit modelini “elektoral səfərbərlik” adlandırmaq mümkündürsə, ondaKirienkonun modellərinə daha çox “rəqəmsal ezoterika” ifadəsi uyğun gəlir. Kirienko prezidentə təkcə 2024-cü il probleminin həllini deyil, ümumiyyətlə qarşıdan gələn 20 ilin bütün problemlərinin həllini təklif edir.

2021-ci il Dövlət Dumasına seçkiləri prezident seçkilərindən daha çox yeni koalision çoxluğun qurulma modeli baxımından məşq hesab etmək olar. Müəyyən mənada seçim tanış görünür: təbliğat ya da “helikopter pulları”. Deməli, konyunktur uğurlu olsa, prezident Putin hər ikisinə razılaşa bilər. (Xpressa)

pia.az


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar