Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb

Türkiyə Şimali Kiprdə silahsız və silahlı pilotsuz uçuş aparatları (PUA) üçün hərbi hava bazası qurmağa başlayıb

PİA.az APA-ya istinadən bildirir ki, Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qərarından sonra Mersindən mal və materiallar yüklənmiş hərbi gəmilər yola çıxıb.

Hərbi bazanın qurulması üçün Çətinqala  hava aerodromu seçilib. 1982-ci ildə Türkiyə qırıcı təyyarələrinin enməsi üçün qurulan Çətinqala aerodromu Şimali Kiprdəki yeganə mülki hava limanı olan Ercan hava limanından 40 km şərqdə yerləşir. Aerodrom 2010-cu ildə kiprli iş adamı Asil Nadirə yük təyyarələrinin enişi üçün 15 illiyinə kirayələnib. Ancaq kirayə müqaviləsində təhlükəsizlik səbəbindən müqavilənin ləğv edilə biləcəyi barədə müddəa yer alıb. Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat quyularının qazılmasını həyata keçirən gəmilərinin mühafizəsini artıq Konya və Muğladan deyil, Şimali Kiprdə yaratdığı hərbi hava bazasından qalxacaq silahsız və silahlı PUA-lar vasitəsi ilə həyata keçirəcək.

Türkiyənin Şimali Kiprdə hərbi hava bazası yaratması Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr və İsraillə enerji qaynaqları uğrunda mübarizə istiqamətində atdığı strateji həmlə sayılır. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar bildirib ki, bu addım  Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində nəzarətini tam təmin edəcək.

pia.az


Etiket: PUA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar