Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məmur doğum günündə intihar etdi - Təfərrüat

Xəbər verdiyimiz kimi, Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib...

PİA.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə mərhumun ad günündə baş verib.

Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib.

İntihar edən Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu ilə bağlı bəzi məlumatlar yayılıb.

Eyni zamanda, BakuPost xəbər verir ki, E. Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün yeni yaşını qeyd edib.

Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Astarxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.

pia.az


Etiket: intihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar