Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvanka Tramp Putinin kreslosunda oturub və atasına qarşı araşdırma aparan casusla dost olub...

İvanka Tramp Moskva ziyarətində qısa bir Qızıl Meydan və Kreml turunda olub və elə həmin tur zamanı Putinin iş otağını da ziyarət edib...

Kim Sengupta
“The Independent” qəzeti, 15 dekabr 2019-cu il

Kristofer Stilin İvanka Trampı şəxsən tanıması və layihələr hazırlamaq üçün onunla görüşməsi ilə bağlı xəbərlər ABŞ prezidentinin və dəstəkçilərinin önə sürdüyü kimi sabiq MI6 agentinin Rusiya araşdırmasında saxtakarlıq etməsi iddialarını sual altında qoyur.

Stil və Tramp cəbhəsi arasında lap əvvəldən əlaqələr olması ilə bağlı iddialar neçə vaxtdır ki, gündəmdədir. İndi isə ABŞ prezident seçkilərinə Kremlin müdaxiləsi ilə bağlı aparılan istintaqı araşdıran bir hesabatda bəzi maraqlı detallar üzə çıxıb. Bu hesabat sözügedən müdaxilənin araşdırılmasının siyasi ayrı-seçkilik səbəbilə keçirilməsini sübut etmək məqsədilə Baş prokuror Uilyam Barın göstərişi ilə hazırlanıb.

Ədliyyə Nazirliyinin Baş müfəttişi Maykl Horovitz tərəfindən hazırlanan 476 səhifəlik sənəddə bildirilir ki, istintaqın aparılmasına heç bir siyasi tərəfkeşlik və uyğunsuz bir faktor yoxdur və FTB əleyhinə irəli sürülən tərəfkeşlik iddiaları hesabatda rədd edilir.

Stilin araşdırma sənədini Trampa qara yaxmaq məqsədi ilə hazırlaması iddiasını ortadan qaldıran bu hesabatda, həmçinin, qeyd edilir ki, Stil bəzi nəticələri səhv dəyərləndirib. Lakin Horovitzin hesabatı, eyni zamanda, Stilə fürsət verdi ki, Tramp ailəsinə ən başından bəri düşmənçilik etməsi ilə bağlı iddiaları rədd edə bilsin.

Araşdırma başlamadan əvvəl Tramp ailəsinə meyilli olduğunu vurğulayan sabiq MI6 agenti Trampla ədavəti olması iddialarını mənasız hesab etdiyini bildirib. Ədliyyə Nazirliyi nümayəndələrinə bildirlib ki, “Trump Tower”da ailədən biri ilə tanış olub və hətta, ailə yadigarı olan bir Şotland parçasını ona hədiyyə veriblər.

İvanka və Stil 2008-də bir-birilərinə e-mail ataraq “New York Trump Tower”dakı restoranda bir axşam yeməyi üçün görüş təyin edəcək qədər də yaxın imişlər.

Ədliyyə Nazirliyinin sənədində Trampın ailə üzvünün adı çəkilmir. Ailə üzvünün adını Stil və İvanka Tramp arasındakı e-mailləri görən ABC adlı bir xəbər kanalı açıqlayıb.

Xatırladaq ki, 2016-cı ildə Demokratlar ABŞ şirkəti “Fusion GPS” vasitəsi ilə Londonda iqtisadi kəşfiyyat şirkəti olan “Orbis”in qurucularından biri olan Kristofer Stili Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün tutublar. Sonradan bu araşdırma Trampa qarşı ittihamların əsasını təşkil edib. Buna baxmayaraq Stilin iddiaları xüsusi prokuror Müllürin istintaqında öz təsdiqini tapmayıb.

Stil Horovitz istintaqındakı ifadəsində qeyd edib ki, hesabat hələ tamamlanmayıb və bu sənəd yazılı yox, şifahi şəkildə çatdırılmalıdır. Sənəd, əsasən, bir qaynaqdan hazırlanmış olsa da, arxasında bir çox araşdırmalar durur.

Trampın dəstəkçiləri tez-tez bildirir ki, Stilin hesabatı ucbatından ABŞ-ın kəşfiyyat və təhlükəsizlik xidmətləri, xüsusi prokurorlar və Konqresin müxtəlif komitələri Trampa qarşı istintaq aparıb.

Trampın seçki prossesində xarici siyasət üzrə müşavir olan Corc Papadopulosun həmin dönəmdə Avstraliyanın Londondakı səfiri Aleksandr Donerə verdiyi məlumat bu istintaqın başlandığı nöqtədir. Bu məlumat daha sonra Avstraliya Mərkəzi Kəşfiyyat Təşkilatı tərəfindən FTB-ya göndərilmişdi.Bu üzdən Stil Tramp düşərgəsinin qaraladığı bir hədəfə çevrilib. ABŞ prezidenti özü isə Stili müxtəlif formalarda “yalançı Hillari ilə əlaqələri” olan və “saxta araşdırma dosyesi məsələsinin uğursuz casusu” adlandırıb.

İvanka Tramp və Stilin arasında iş münasibətləri olması barədə bir sübut yoxdur. Bununla yanaşı, Trampın Rusiya ilə əlaqəsini araşdıran istintaq prosesi ərzində Robert Müller və digərləri tərəfindən İvanka Trampın adı tez-tez gündəmə gətirilib. Deyilənə görə, Rusiyanın paytaxtındakı Tramp şirkəti layihəsinin Moskva Qalası barədə İvanka və qardaşı Donald Jr. Donald Trampın Müllerlə bağlı istintaqından sonra həbs edilən Maykl Kohendən məlumatlar əldə edirmiş.

İvanka Tramp bu prossesə minimal səviyyədə daxil olduğunu bildirib. Tramp Jr Məclisin Məhkəmə Komitəsinə 2017-nin sentyabr ayında verdiyi açıqlamada ümumi olaraq məsələni başa düşdüyünü qeyd edib. Eyni zamanda, Kohenin uşaqlıq dostu Feliks Saterin Tramp ailəsi ilə olan yaxın əlaqələri də ortaya çıxıb.

Rusiyada Feliks Şeferovski adıyla doğulan və marqarita içərkən bir adamın boğazına və üzünə qırılmış kokteyl stəkanı ilə xəsarət yetirdiyi üçün həbs edilən Sater, 1998-ci ildə də Rusiya və Amerikanın ortaq mafiya şəbəkəsinin yaşlı insanları hədəf alaraq dələduzluq etməsi səbəbyilə istintaqa cəlb edilmişdi.

O, FTB agenti olduğuna və 25 min dollar ödədiyinə görə 20 illik həbs cəzasından xilas olub. Ədliyyə sənədlərinə görə, Sater mafiya və Əl-Qaidə ilə əlaqəli olub və əldə etdiyi məlumatları FTB-yə ötürüb.

Trampla işləməyə başlayan Sater “Tramp Soho” hotelinin inşası ilə əlaqəli olaraq “Bayrock” adlı bir şirkət vasitəsilə gələcəyin Prezidentinə ortaq olub. Ortaq layihələrdə birlikdə fəaliyyət göstərən bu iki adam birlikdə iş səyahətinə də çıxırdı.

Sater özü ilə fəxr deyir ki, Donald Trampın ondan Donald Jr. və İvanka ilə birlikdə Moskva gəzintisinə çıxmasını istəyib. Səfər zamanı Rusiya hökümətində yüksək vəzifə sahibi olan birisi adam Kremldəki prezident ofisində İvankanın Putinin yerinə oturmasına da imkan yaradıb.

İvanka Tramp Moskva ziyarətində qısa bir Qızıl Meydan və Kreml turunda olub və elə həmin tur zamanı Putinin iş otağını da ziyarət edib. Lakin İvanka özü bunu tam əminliklə xatırlamır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar