Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nüvə böhranı: Avropa rəsmi mübahisə mexanizmini işə salır

İran bildirir ki, ABŞ sanksiyalarına cavab olaraq öz öhdəliklərini dayandırmalı olub...

Böyük Britaniya, Fransa və Almaniya İranın 2015-ci il nüvə sazişinin əsas müddəalarını pozması ilə əlaqədar rəsmi mübahisə mexanizmini işə salıblar.

İran, reaktor yanacağı və nüvə silahı üçün də istifadə oluna biləcək zənginləşdirilmiş uran istehsalına dair məhdudiyyətlərindən artıq bir müddətdir ki, tədricən imtina etməyə başlayıb. Tehran bildirir ki, bu, 2018-ci ildə sazişdən çıxan ABŞ-ın yeni sanksiyalarının tətbiqinə cavab addımdır.

Məsələ öz həllini rəsmi mübahisə prosesi daxilində tapmazsa, BMT-nin əvvəlki qətnamələrində əks olunan sanksiyalar yenidən bərpa oluna bilər.

İki il əvvəl prezident Donald Trump İranla 6 ölkə arasında imzalanmış razılaşmadan çıxdığını elan edərək, Tehrana qarşı ABŞ sanksiyalarını bərpa edib.

ABŞ İranın məhdudiyyətləri qeyri-müəyyən müddətə saxlayacaq və ballistik raketlərin inkişafını dayandıracaq yeni razılaşma üzərində müzakirələrə başlamasını istəyir. İran isə yeni danışıqlardan imtina edir.

2015-ci ildə 6 ölkə (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya) İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədilə birgə fəaliyyət planı imzalayıb.

Razılaşmaya görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılmış və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilmişdi.


Donald Trump İranla danışıqlara hazır olduğunu söyləyib

Ötən həftə Donald Trump ABŞ-ın İrana, "davranışını dəyişdirənə" qədər, əlavə maliyyə və iqtisadi sanksiyalar tətbiq edəcəyini də söyləyib.

ABŞ 2018-ci ildə birtərəfli olaraq müqaviləni tərk edib.

Bundan sonra İranın neft və maliyyə sektorlarını hədəfləyən sanksiyalar tətbiq edilməyə başlayıb. İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb.

ABŞ Tehranın nüvə silahı əldə etmək niyyətində olduğunu bildirir. İran isə nüvə proqramının sırf sülh məqsədli olduğunu təkrarlayır.(bbc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar